Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:42

Ermənistan XİN: Moskvada Bayramov-Mirzoyan görüşü planlaşdırılıb


Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan

Mayın 19-da Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş planlaşdırılıb.

Bu barədə AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan XİN-in mətbuat katibinə istinadla məlumat verib.

Ermənistan XİN-in sözçüsü Ani Badalyanın sözlərinə görə Moskvada habelə Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü nəzərdə tutulub.

Mayın 9-da Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanisyan demişdi ki, həftəsonu Brüsseldə gözlənilən Paşinyan-Əliyev-Mişel görüşünün ardınca danışıqlar üçtərəfli formatda Moskvada davam etdiriləcək.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyan arasında son görüş Vaşinqtonda keçirilib.

ABŞ tərəfi dörd gün davam edən həmin danışıqları konstruktiv adlandırmışdı.

Dövlət katibi Entoni Blinken demişdi ki, Azərbaycan və Ermənistan nümayəndələri mürəkkəb məsələlərin müzakirəsində əhəmiyyətli irəliləyişə nail olub.

Bununla belə baş nazir Nikol Paşinyan bildirmişdi ki, əsas məsələlər barəsində razılaşma əldə olunmayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG