Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:11

IHR İranın mayda ən azı 142 nəfəri edam etdiyini bildirir


İranda açıq edam prosesi
İranda açıq edam prosesi

İran İnsan Haqları (IHR) təşkilatı ötən ay İranda ən azı 142 nəfərin edam edildiyini bildirir ki, bu da son səkkiz ilin ən yüksək aylıq göstəricisidir. Norveçdə yerləşən qurum narazılara qəddar divantutmada məqsədin “cəmiyyətdə qorxu” yaymaq olduğunu vurğulayır.

Qrup iyunun 1-də yaydığı bəyanatda əlavə edib ki, bu il ölüm hökmü ən azı 307 dəfə tətbiq olunub və bu ötən ilin eyni dövrü ilə müqayisədə 76 faiz çoxdur.

“İslam Respublikasının özbaşına edamları gücləndirməsində məqsəd etirazların qarşısını almaq və hakimiyyətini uzatmaq üçün cəmiyyətdə qorxu yaymaqdır”, – İHR Direktoru Mahmud Amiri-Moğaddam bəyanatda bildirib.

Mayda 7 etirazçı edam olunub

22-yaşlı Məhsa Əmini ötən sentyabrda məcburi hicab qanununu pozmaqda ittiham olunaraq saxlanıb və polis nəzarətində vəfat edib. Bundan sonra ölkədə 1979-cu il İslam inqilabından sonra ölkə rəhbərliyi üçün ən böyük sınağa çevrilən iğtişaşlar başlanıb, hakimiyyət isə onlara amansız repressiya gerçəkləşdirib.

İranın məhkəmə sistemi yüksək rütbəli liderlərin təkidi ilə nümayişçilərə qarşı sərt mövqe tutub. Mayın 19-da üç, ümumilikdə isə ötən ay ən azı 7 etirazçı edam olunub. Daha bir neçə nəfər isə hazırda ölüm hökmlərinin icrasını gözləyir.

Lakin IHR məhkəmə sisteminin ölüm cəzasından bir çox sahələrdə, xüsusən də narkotiklə əlaqəli cinayətlərdə istifadə etdiyini bildirir. Bu ilin ilk beş ayında bu ittihamla 180 nəfər edam edilib.

“Saxta” məhkəmələr

Edam dalğası hüquq müdafiəçiləri və bir çox Qərb hökumətlərinin hiddətinə səbəb olub, onlar təqsirləndirilən şəxslərə qarşı “saxta” məhkəmələr qurulduğunu deyirlər. Bu proseslərdə tərəflər lazımi səviyyədə təmsil olunmayıb, qərarlar bağlı qapılar arxasında tələsik çıxarılıb.

Rəsmilər edam cəzasının tətbiqini qətiyyətlə müdafiə ediblər. İslam Respublikasının məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhseni-Ejei mayın 30-da bildirib ki, onun fikrincə, “edam edilməli” olanların edam cəzaları “icra olunacaq”.

"Beynəlxalq ictimaiyyət hazırkı edam dalğasına daha sərt reaksiya verməsə, qarşıdakı aylarda daha yüzlərlə insan onların ölüm maşınının qurbanı olacaq", – IHR-dən Amiri-Moğaddam bildirib.

XS
SM
MD
LG