Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:03

Kərimovun oğlu atasının ikinci arvadını məhkəməyə verib


Pyotr Karimov
Pyotr Karimov

Daşkəndin Yakkasaray rayon məhkəməsi Özbəkistanın birinci prezidenti İslam Kərimovun birinci nikahdan olan oğlu Pyotr Kərimovun, atasının ikinci arvadına qarşı iddia ərizəsinə baxacaq.

Daşkənd şəhər məhkəməsinin saytındakı məlumata görə Pyotr İslamoviç Kərimov prezidentin dul xanımı ilə vərəsəlik zəminində yaranmış mübahisənin çözülməsini istəyir.

Pyotr Kərimov Özbəkistanın mərhum prezidentinin Nataliya Kuçmi ilə nikahından doğulmuş böyük övladıdır.

O 1969-cu ildə dünyaya gəlib və elə həmin ildə İslam Kərimov və Nataliya Kuçmi ayrılıblar. Kuçmi 2008-ci ildə Daşkənddə vəfat edib.

54-yaşlı Pyotr Kərimov əsasən Moskvada yaşayır.

Özbəkistan Hava Yolları ilə çəkişmə

Bu da məlumdur ki, 1988-ci ildə Daşkənd Xalq Təsərrüfatı İnstitutundan məzun olmuş Pyotr bir müddət bank və maliyyə sektorunda, habelə Özbəkistan Hava Yolları şirkətinin Moskvadakı nümayəndəliyində çalışıb.

2018-ci ildə bu şirkətdə bir neçə il işlədikdən sonra Pyotr Özbəkistan Hava Yollarına qarşı məhkəmə iddiası qaldırıb.

Pyotr şirkəti atasının ölümündən sonra, 2017-ci ildə onu işdən çıxardığına və ona düşən pulları vermədiyinə görə məhkəməyə vermişdi.

Elə həmin ilin sonunadək iddiaçı ilə cavabdeh arasında mübahisə razılaşma yolu ilə həll olunduğuna görə məhkəmə işinə xitam verilmişdi.

XS
SM
MD
LG