Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 03:52

Rusiya Odessaya raket zərbələri endirib, ölənlər var


Odessada ticarət mərkəzi
Odessada ticarət mərkəzi

İyunun 14-ə keçən gecə Rusiya hərbçiləri Ukraynanın Odessa şəhərinə raket zərbələri endiriblər.

İlkin məlumata görə üç nəfər həlak olub, 13 nəfər yaralanıb.

Bu məlumatı Ukrayna Baş Prokurorluğu verib. Rusiya Müdafiə Nazirliyi xəbəri şərh etməyib.

Xəbər verilir ki, zərbə dalğasından biznes mərkəzinə, təhsil müəssisəsinə, yaşayış kompleksinə, iaşə obyektinə və şəhər mərkəzindəki mağazaya ziyan dəyib.

Bundan başqa ticarət şəbəkələrindən birinin anbarında 1000 kvadrat metrlik sahə dağılıb, 400 kvadrat metr sahədə yanğın baş verib.

Odessa rayonu hərbi administrasiyasının məlumatına görə hava hücumundan müdafiə qüvvələri iki raketi vura bilib.

İyunun 14-ə keçən gecə Rusiya ordusu habelə Dnepropetrovsk vilayətinə dronlarla hücum edib.

Vilayət başçısı Sergey Lısakın məlumatına görə 3 Şahed kamikadze dronunun üçü də vurulub.

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı bildirir ki, iyunun 14-ə keçən gecə Rusiya ordusu Ukraynanın hərbi obyekt və infrastrukturuna da qanadlı raketlər və dronlarla hücum edilib.

Lukaşenko: 'Rusiya Belarus ərazisində taktiki nüvə bombaları yerləşdirir'
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Onlarla ev dağılıb

Rusiya ordusu Qara dəniz akvatoriyasından Odessa vilayətinə 4 Kalibr raketi atıb. Bunlardan üçü vurulub, biri isə mülki obyektə düşüb.

Bundan başqa Ukrayna hava hücumundan müdafiə qüvvələri cənub-şərq istiqamətində buraxılmış 10 Şahed dronundan 9-nu vurub.

Ukrayna komandanlığı bunu da bildirib ki, Tu-22M3 uzaqmənzilli bombardmançılarından Donetsk vilayətinə 6 X-22 qanadlı raketi atılıb.

Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib ki, Kramatorsk və Konstantinovka şəhərlərinə də raket zərbələri endirilib. İki nəfər ölüb, iki nəfər yaralanıb.

Kirilenkonun sözlərinə görə raketlər Kramatorsk və Konstantinovkanın özəl sektoruna düşüb.

Kramatorskda azı beş ev tamamilə dağılıb, 20-dək evə ziyan dəyib. Konstantinovkada iki ev tamamilə dağılıb və 55 evə ziyan dəyib.

XS
SM
MD
LG