Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 08:01

Priqojinin yarımçıq qiyamı rublu kəskin ucuzlaşdırıb


Rusiya rublunun məzənnəsi dollara və avroya nisbətdə son 15 ayda ən aşağı həddə enib.

Reuters agentliyinin ekspertləri bunu Yevgeni Priqojinin yarımçıq qiyamı ilə bağlı siyasi risklərlə əlaqələndirirlər.

İyunun 30-da 1 dolların qiyməti 88.25 rubl olub. Bu, 2022-ci ilin 29 martından bəri rublun ən böyük ucuzlaşmasıdır.

Rubl avroya nisbətdə də son 15 ayın antirekordunu vurub. Hazırda 1 avro 95.78 rubldur.

Ekspertlər deyirlər ki, rubl ucuzlaşmaqda davam edir və onun 1 dollar üçün 90 rubl həddini keçəcəyi gözlənilir.

Bu, həm də neft qiymətlərinin sabitləşdiyi bir vaxtda baş verir.

Rublu geosiyasətdən qorumaq

Rusiyanın son 16 ayda həyata keçirdiyi kapital nəzarəti rublu geosiyasətin təsirlərindən qoruya bilmişdi, amma Priqojinin qiyamı maliyyə bazarlarını lərzəyə gətirib və prezident Vladimir Putinin hakimiyyətinin gücü barədə çoxsaylı suallar yaradıb.

Rusiya Bankının sədr müavini Aleksey Zabotkin deyib ki, ixracdan gəlirlərin azalması rublun zəifləməsi ilə nəticələnib.

Amma Zabotkinin sözlərinə görə bu, maliyyə sabitliyi üçün heç bir risk təşkil etmir.

Zabotkin iyunun 30-da bildirib ki, bank xarici valyuta mübadiləsi reytini və inflyasiyanın dinamikasını izləməkdə davam edir.

İyunun 30-da Brent markasından olan neftin 1 barrelinin qiyməti 74.75 dollar olub.

Rusiyanın əsas birja indeksi göstəriciləri də aşağıdır, Gazprom şirkətinin səhm qiymətləri düşüb.

XS
SM
MD
LG