Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:54

Ərdoğan deyir ki, taxıl barədə Putinlə razılaşması var


Prezidentlər Ərdoğan və Putin (Arxiv fotosu)
Prezidentlər Ərdoğan və Putin (Arxiv fotosu)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 14-də deyib ki, onun Ukrayna taxılının Qara dəniz üzərindən ixracı barədə sazişin uzadılmasına dair Rusiya prezidenti Vladimir Putinlə razılaşması var.

Ərdoğan jurnalistlərlə söhbətində ümid etdiyini bildirib ki, iyulun 17-də bitməli olan sazişin müddəti uzadılacaq.

Avropa Şurası BMT-yə və Türkiyəyə taxıl sazişinin uzadılmasında kömək etdiyini və ən müxtəlif “həll yolları təklifinə” açıq olduğunu bildirib.

BMT və Türkiyə Moskvanın Qara dəniz limanlarını bloklaması ilə bağlı yarana biləcək qlobal ərzaq qıtlığının qarşısının alınması məqsədilə 2022-ci ilin iyulunda Ukrayna və Rusiya arasında razılaşmanın vasitəçilyini ediblər.

Ukrayna və Rusiya dünyanın aparıcı taxıl ixracatçılarıdır.

Zelenskinin çağırışı

Ukrayna prezidenti Volodimir Zelenski Qara Dəniz Taxıl Təşəbbüsü Razılaşmasının uzadılmasına çağırıb:

"Çox mühümdür ki, dünyanın heç bir yerində ərzaq təhlükəsizliyinə hədə yaranmasın. Rusiya aydın şəkildə başa düşməlidir ki, aclıq təhlükəsini, xüsusilə də Afrika kimi kritik regionlarda artıran hər bir kəs bütün dünyanı aclıqla terror edir”.

Zelenski bildirib ki, o Cənubi Afrika Respublikasının prezidenti Sayril Ramaposa ilə bu barədə danışıb və hər ikisi Qara dəniz razılaşmasının “həyati əhəmiyyətə” malik olduğu barədə razılığa gəliblər.

Taxıl və başqa kənd təsərrüfatı məhsullarının, habelə gübrənin Ukraynanın Qara dəniz portlarından ixrac edilməsinə imkan açan saziş indiyədək bir neçə dəfə uzadılıb.

Putin deyir ki, “hələ bir-iki gün vaxt var”

Avropa İttifaqı taxıl ixracının kəsilməməsi naminə hətta Rusiyanın – Rosselxozbank bankına SWIFT ödəniş sistemindən istifadə üçün icazə verilə biləcəyini bəyan edib.

Rusiyanın əksər bankları bu ödəniş sistemindən çıxarılıb.

Avropa İttifaqının bu təklifi barədə Putinə məktubunda BMT-nin baş katibi Antonio Quterreş də qeyd edib. O məktubuna hələ cavab almadığını bildirib.

Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə Putin bu məktubu hələ görmədiyini, amma BMT rəsmiləri ilə daim əlaqədə olduğunu deyib.

Putin dövlət televiziyasına müsahibəsində deyib ki, “bu barədə fikriləşirik, hələ bir-iki gün vaxt var”.

Putin əlavə edib ki, taxıl sazişinin müqabilində Rusiyanın şərtlərindən heç birinə hələ əməl olunmayıb.

XS
SM
MD
LG