Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:18

AzadlıqRadiosu sosial mediadakı iddialara cavab verir


AzadlıqRadiosunun mikrofonu
AzadlıqRadiosunun mikrofonu

Son günlər Azərbaycanda social media şəbəkələrində AzadlıqRadiosunun bəzi keçmiş əməkdaşları və digər şəxslər radionun rəhbərliyinə qarşı müxtəlif iddialar səsləndirirlər. AzadlıqRadiosu avqustun 4-də bu iddialarla bağlı açıqlama yayıb.

“AzadAvropa/AzadlıqRadiosu social mediada yayılan, Azərbaycanda jurnalistika fəaliyyətimizi ləkələməyə çalışan əsassız iddialardan dərin narahatlıq bildirir. AzadAvropa/AzadlıqRadiosu azad və ədalətli jurnalistikaya sadiqdir”, – açıqlamada deyilir.

Azərbaycan Baş Prokurorluğu 2014-cü ildə AzadlıqRadiosunun Bakı bürosunda reyd keçirərək onun qapısını möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edib. Radionun azadliq.org vebsaytı isə 2017-ci ilin martından Baş Prokurorluğun müraciəti ilə Azərbaycanda bloklanıb. Prokurorluq vebsaytın ölkənin milli təhlükəsizliyinə hədə yaratdığını bildirib. Amma məhkəmədə bu iddianı müdafiə tərəfi təkzib edib.

AzadlıqRadiosu həm vergi ittihamları, həm də vebsaytının bloklanmasından Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət verib, hər iki iş üzrə məhkəmənin qərarını gözləyir.

Azərbaycan hakimiyyəti ölkədə təməl insan haqları, söz və ifadə azadlığının pozulmasına dair beynəlxalq insan haqları qruplarının tənqidini qəbul etmir.

AzadlıqRadiosu indiyədək prezident ailəsinin, onun yaxın çevrəsinin maliyyə fəaliyyəti, hakim ailə üzvlərinin xaricdəki mülkləri, ölkədən qanunsuz olaraq çıxarıldığı iddia olunan 3 milyard dollara yaxın vəsaitlə bağlı araşdırmalar dərc edib.

Radio Azərbaycanda hökumətin mediaya total nəzarət etdiyi bir mühitdə senzurasız, qərəzsiz, balanslı jurnalistika fəaliyyətini davam etdirir, aparıcı müstəqil xəbər mənbəyi imicini qoruyub saxlayıb.

XS
SM
MD
LG