Dünən, avqustun 5-də ABŞ-ın dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Dövlət Departamentinin yaydığı məlumata görə, iki ölkə təmsilcisi Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən canlandırılmasını müzakirə edib.
ABŞ-ın dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə baş tuta telefon danışığında eyni zamanda, Qafqazda baş verən proseslər və bu kontekstdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə bağlı müzakirə də aparılıb.
Blinken və Fidan arasında telefon danışığı: Azərbaycan-Ermənistan, Qara Dəniz Taxıl Təşəbbüsü...
Buna da bax:
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.
Azadlıq Trend
1