Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:20

İranın dondurulmuş aktivlərinin İsveçrə mərkəzi bankına köçürüldüyü bildirilir


İllüstrativ foto
İllüstrativ foto

İranın Cənubi Koreyada dondurulmuş aktivləri ötən həftə dəyişdirilmək və İrana transfer olunmaq üçün İsveçrənin mərkəzi bankına köçürülüb. Bu haqda Cənubi Koreya mediası bu gün – avqustun 21-də məlumat yayıb.

İsveçrə Milli Bankı Koreya valyutası –vonda olan 6 milyard dolları əvvəlcə dollara, sonra avroya çevirməyi planlaşdırır. Bank növbəti beş həftə ərzində hər gün 300 milyard (223,85 milyon dollar) - 400 milyard vonu çevirməli olacaq. Bu açıqlamanı “Yonhap Infomax” valyuta bazarında anonim mənbəyə istinadla yayıb.

Cənubi Koreyanın maliyyə nazirliyinin rəsmisi məlumatı təsdiqləməkdən imtina edib, məsələnin hüquqi və diplomatik baxımdan həssas olduğunu bildirib.

İran və Birləşmiş Ştatların bu yaxınlarda əldə etdiyi razılaşmaya görə, İranda saxlanmış beş ABŞ vətəndaşının azadlığa buraxılması qarşılığında İranın Cənubi Koreyadakı aktivlərinin bloku qaldırılacaq, Qətərdə hesaba göndəriləcək və İranın bu aktivlərə çıxışı olacaq. İran Prezidenti İbrahim Rəisi ötən həftə deyirdi ki, buraxılan vəsaitlər yerli istehsalın gücləndirilməsinə xərclənəcək.

XS
SM
MD
LG