Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 10:17

Ermənistan deyir ki, Azərbaycan sərhədə qoşun yığır


Azərbaycan ordusunun məşqlərindən-2017
Azərbaycan ordusunun məşqlərindən-2017

"Artıq bu barədə Ermənistandakı diplomatik nümayəndəliklər məlumatlandırılıb."

Azərbaycan Ermənistanla sərhədə və separatçıların nəzarət elədiyi ərazilərlə təmas xəttinə qoşun toplayır. Bunu AzadlıqRadiosunun erməni xidməti yazır. Məlumatda deyilir ki, artıq bu barədə Ermənistandakı diplomatik nümayəndəliklər məlumatlandırılıb.

Hələ ki, Azərbaycan tərəfi bu barədə açıqlama verməyib, lakin Müdafiə Nazirliyi sentyabrın 6-da məlumat yayıb ki, Qarabağdakı qanunsuz silahlı dəstələr Azərbaycanın Laçındakı mövqelərinə yaxınlaşmaq məqsədi ilə səngər yolları qazmağa cəhd edib. Ermənistan tərəfi bu iddianı şərh etməyib

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük savaş nəticəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsinə separatçılar və Rusiya sülhməramlıları nəzarət edir. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG