Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:43

Gürcüstan DTX: Ölkədə çevriliş hazırlanır


Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin binası
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin binası

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, ölkədə dövlət çevrilişi hazırlanır.

DTX-nın versiyasına görə qəsdçilər keçmiş prezident Mixeil Saakaşvilinin tərəfdarları və Ukraynanın tərəfində döyüşən gürcü hərbçilərdir.

Bununla belə qurumun məlumatında bu bəyanatı təsdiqləyən heç bir sübut-dəlil göstərilmir.

Məlumatda iddia olunur ki, Gürcüstan ərazisində və onun xaricindəki bir qrup şəxs oktyabr-dekabr aylarında ölkə boyunca iğtişaşların törədilməsini planlaşdırır.

DTX iddia edir ki, bu hərəkətlərdən son məqsəd hakimiyyətin zorakılıqla dəyişdirilməsidir.

Qurum bunu da vurğulayır ki, əməliyyatın başlanğıcı üçün Avropa Komissiyasının Gürcüstanın Avropa İttifaqına üzvlüyünün perspektivlərinə dair hesabatının açıqlanacağı vaxt seçilib:

"Qəsdçilər gözləyirlər ki, hesabat neqativ olacaq. Buna görə də hakimiyyətin “rusiyayönlüyü” olması kimi yalançı tezisdən istifadə olunmaqla ictimai həyəcan və bunun ardınca da iğtişaşlar üçün zəmin hazırlanır”.

İddia edilən “qəsdçilər” kimdir?

Gürcüstan DTX-nin məlumatında iddia olunur ki, çevriliş planının müəlliflərindən biri də keçmiş daxili işlər naziri Vano Merabişvilinin keçmiş müavini, hazırda Ukrayna hərbi kəşfiyyatı başçısının müavini olan Georgi Lortkipanidzedir.

DTX-nin iddiasına görə sözü gedən qrupa habelə keçmiş prezident Mixeil Saakaşvilinin keçmiş mühafizəçisi Mixail Baturin və Ukraynanın tərəfində döyüşən “Gürcü legionunun” komandiri Mamuka Mamulaşvili daxildir.

Gürcüstan hakimiyyəti bunu da iddia edir ki, “qəsdçilər” guya bu planı xarici ölkələrin dəstəyi ilə həyata keçirmək istəyirlər:

"Qəsdçilər öz planlarını xarici maliyyə dəstəyi və Ukraynada döyüşən, habelə “Kanvas” və “Otpor” təşkilatlarına üzv olan gürcü mənşəli gənclərin böyük qrupunun iştirakilə həyata keçirmək niyyətindədirlər. Serbiyada və bir sıra başqa ölkələrdə inqilabi proses kimi qələmə verilən hadisələrdə məhz bu təşkilatlar fəal iştirak ediblər”.

Ukrayna ordusundan daha bir uğurlu əməliyyat: Kleşşovka azad edildi
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

“Avromaydan” ssenarisi?

DTX iddia edir ki, “qəsdçilər” Tbilisidə çadır şəhərciyinin və mərkəzi prospekt və strateji obyektlərin yaxınlığında barrikadaların qurulması da daxil hadisələrin bir neçə variantını müzakirə edirlər.

Məlumatda qeyd olunur ki, təşkilatçılar 2014-cü ildə Ukraynada baş vermiş “Avromaydan” hərəkatına bənzər hadisələri təkrar edə bilərlər.

DTX-nin iddiasına görə çadır şəhərciyində törədiləcək partlayış ölümlərlə nəticələnə və hiddət və zorakılığın artmasına səbəb ola bilər.

Son on ildə Gürcüstanda rusiyayönlü “Gürcü arzusu” partiyası hakimiyyətdədir.

Bu müddət ərzində hakimiyyət bir neçə mitinqlər dalğasını zorakılıqla yatırıb və keçmiş prezident Mixeil Saakaşvilini məhbus edib.

AzadlıqRadiosunun müxbirləri bildirirlər ki, Gürcüstan hakimiyyəti “çevriliş” barədə məlumatı yaydıqdan sonra ölkə boyunca müxalifət üzərinə yeni təqib dalğası başlana bilər.

XS
SM
MD
LG