Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 12:24

Gələn ilin büdcəsindən MSK-ya iki seçkinin pulu ayrılıb


Parlamentin 65 faizi dəyişmədi... Bəs, onda bu seçki nəyə lazım idi?
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Parlamentin 65 faizi dəyişmədi... Bəs, onda bu seçki nəyə lazım idi?

Bir müddət olar Azərbaycan mediasında tezliklə ölkədə referendum keçiriləcəyinə dair fikirlər dolaşır. Milli Məclisin deputatı Erkin Qədirli də şəxsi Telegram kanalında paylaşdığı yazısında bildirmişdi ki, bu il referendumun, gələn ilsə həm parlament, həm də bələdiyyə seçkilərinin olması gözlənilir. Rəsmi təqvimlə 2024-cü ildə ölkədə, ən azı, bir seçkinin keçiriləcəyi dəqiqdir, çünki sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə baş tutub və uyğun qanuna görə, ölkədə hər beş ildən bir bələdiyyə seçkiləri keçirilir.

Parlament seçkilərinə gəlincə, ölkə konstitusiyasında bildirilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir və Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir - noyabrın birinci bazar günü keçirilir. Azərbaycanda sonuncu parlament seçkiləri 2020-ci ilin fevralında növbədənkənar formada gerçəkləşmişdi. Ölkə konstitusiyasında növbədənkənar seçki ilə formalaşmış parlamentlə bağlı qeyd edilir ki, "Növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Milli Məclis çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir". Bu baxımdan, gələn ilin noyabrında parlament seçkilərinin keçirilməsi üçün konstitusion əsaslar var.

MSK-ya ayrılan vəsait kəskin artıb

Bütün bu müzakirələrin fonunda 2024-cü ilin dövlət büdcəsi layihəsində Mərkəzi Seçki Komissiyasına (MSK) ayrılan vəsaitin kəskin artırılması diqqət çəkir. "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsində göstərilir ki, gələn il dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 milyon 935 min manat ayrılması nəzərdə tutulub. Bu, 2023-cü ilin dövlət büdcəsindən eyni istiqamətə ayrılan vəsaitlə müqayisədə 2.3 dəfə çox vəsait deməkdir.

Cədvəl: 2018-2024-cü ildə Azərbaycanın dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üzrə ayrılan vəsait

İl

MSK-ya ayrılan vəsait (manat)

2024

110 milyon 935 min

2023

46 milyon 730 min

2022

27 milyon 541 min

2021

13 milyon 841 min

2020

57 milyon 712 min

2019

51 milyon 377 min

2018

67 milyon 617 min

Əvvəlki illərdə büdcədən seçkilərin keçirilməsinə ayrılan vəsaitin miqdarı ilə müqayisədə də 2024-cü il büdcəsindən seçkilər üçün ayrılan vəsaitin kəskin çox olması gözə çarpır. Məsələn, 2024-cü ildə seçkilərə sonuncu parlament seçkilərinin keçirildiyi 2020-ci illə müqayisədə (57.7 milyon manat) 1.9 dəfə, sonuncu bələdiyyə seçkilərinin keçirildiyi 2019-cu illə müqayisədə (51.3 milyon manat) 2.2 dəfə, sonuncu prezident seçkisinin keçirildiyi 2018-ci illə müqayisədə isə (67.6 milyon manat) 1.6 dəfə çox vəsait ayrılıb.

Bu baxımdan, əvvəlki illərin analizi göstərir ki, gələn ilin büdcəsindən seçkilərin keçirilməsinə və statistika tədbirlərinə ayrılan vəsaitin həcmi təxminən iki seçki prosesinə yetəcək qədərdir.

XS
SM
MD
LG