Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:37

Voronejə dron hücumu olub 


Voronej, arxiv fotosu
Voronej, arxiv fotosu

Rusiyanın Ukrayna ilə həmsərhəd Voronej vilayətinə dron hücumu olub.Rusiyanın Müdafiə Nazirliyi Voronej vilayəti üzərində Ukraynanın buraxdığı üç dronu məhv etdiyini açıqlayıb.

İlkin məlumatda deyilir ki, Tepliçni küçəsində üç onmərtəbəli binanın 35 mənzilinə ziyan dəyib. Bundan başqa bir küçədə isə dörd evin pəncərələri ziyan görüb.

Voronejin meri Vadim Kstenin qeyd edib ki, binanın sakinləri evakuasiya olunub, iki müvəqqəti yerləşmə məntəqəsi açılıb.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusevin yaydığı açıqlamada deyilir ki, vurulan dron qalıqları yaşayış binasının üstünə düşüb və 10 yaşlı qız xəsarət alıb. Onun sözlərinə görə, qızın əllərində, ayaqlarında, boynunda kəsiklər var. Ona yerində tibbi xidmət göstərilib.

Aerodrom yaxınlığında partlayış səsləri

Ukrayna məsələni şərh etməyib. Kiyev son vaxtlar Rusiyanın hərbi infrastrukturuna hava zərbələrini gücləndirdiyini bildirir.

Voronejdəki aerodromda Suxoy Su-34 bombardmançıları yerləşir. Rusiya Ukraynaya hava zərbələrində vaxtaşırı bu təyyarələrdən istifadə edir.

Rusiyanın “Şot” xəbər orqanı Telegram-da yazıb ki, aerodrom yaxınlığında azı 15 partlayış eşidilib, yaxınlıqdakı yaşayış binasına dron qalıqları düşüb.

“Reuters” bu məlumatları müstəqil təsdiqlədə bilmədiyini yazır.

Rusiyanın Müdafiə Nazirliyi Belqorod vilayəti üzərində isə dörd dronun tutulduğu bildirilib. Belqorod da Ukrayna ilə sərhəddə yerləşir.

XS
SM
MD
LG