Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:03

'...İnhisarçı şirkətlərə zaman tanınır'


'Kimdən kimə şikayət edək?' - Yeni Rəqabət Məcəlləsi monopoliyaya son qoyacaqmı?
Gözlə

No media source currently available

0:00 0:06:04 0:00

'Kimdən kimə şikayət edək?' - Yeni Rəqabət Məcəlləsi monopoliyaya son qoyacaqmı?

Bugünlərdə prezident İlham Əliyev Rəqabət Məcəlləsini təsdiq edib. Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Məcəllə parlamentdə ötən ilin dekabrında qəbul edilib. Sənədə əsasən, rəqabət qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları tətbiq olunacaq.

Antiinhisar və İstehlak bazarına Dövlət Nəzarət Xidmətindən "Turana" bildirilib ki, Rəqabət Məcəlləsinin qəbulu bazarlara giriş maneələrini aradan qaldıracaq, mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək: "Kiçik və orta sahibkarlıq subyektlərinin artması yeni iş yerlərin yaranmasına, məhsulların çeşidlərinin çoxalmasına ciddi təkan verəcək. Təkliflərin artması isə qiymətlərin aşağı düşməsinə səbəb olacaq".

R.Quliyev
R.Quliyev

Deputat: "Bu, monopoliya deyil..."

Deputat Rüfət Quliyev də agentliyə deyib ki, yayın sonunda Rəqabət Məcəlləsinin gücü artıq hiss olunacaq: "Bu, fürsətcil sahibkarları, qiymətləri süni qaldırmağa çalışan şirkətləri cəzalandırmaq üçün imkandır".

Deputat vurğulayıb ki, Azərbaycan balaca ölkədir və bazarın həcmi məhduddur: "Kimsə bazarın 35-40 faizini tutursa, dərhal bunun monopoliya olduğu ilə bağlı stereotip işə düşür. Əslində isə bu, monopoliya deyil, sadəcə biznesin yaxşı idarə olunmasıdır. Monopoliyanın müəyyən elementlərin olması istisna deyil, amma 15-20 il əvvəl olan monopoliya və monopolistləri müdafiə edən qurum hazırda yoxdur".

N.Cəfərli
N.Cəfərli

"Məmurlar olmasaydı..."

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna xatırladıb ki, Rəqabət Məcəlləsi ilə bağlı təklif ilk dəfə 2007-ci ildə səsləndirilib, onun indiyə qədər qəbul olunmamasının səbəbi ciddi maraq və lobbi qruplarının buna maneə yaratması idi: "Məmurlar olmasaydı, bu lobbi qruplarının, təbii ki, həmin məsələni 16 il uzatmağa gücü çatmazdı".

Onun fikrincə, Rəqabət Məcəlləsi öz-özlüyündə pozitiv addımdır: "Amma onun yerinə yetirilməsi və implementasiyası daha vacibdir. Yəni, rəqabətsizlik mühiti ilə məhkəmə orqanlarının doğrudan da mübarizə aparıb-aparmayacağını zaman göstərəcək. İndi, təəssüf ki, buna ümid çox azdır".

İqtisadçının sözlərinə görə, burada ciddi siyasi iradəyə ehtiyac var: "Qanunun da altı aydan sonra tətbiq olunması barədə fərman onu deməyə əsas verir ki, bu aylar ərzində inhisarçı şirkətlərə bazarda öz fəaliyyətlərinə çəki-düzən vermələri üçün zaman tanınır. Amma digər tərəfdən də, bu altı ay ərzində həmin şirkətlər törəmə şirkətləri da yarada bilər. Yəni, rəsmi olaraq Rəqabət Məcəlləsinə tuş gəlməmək üçün sənədlər üzərində şirkətlərin pay bölgüsünü başqa cür həyata keçirə bilərlər".

XS
SM
MD
LG