Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:19

Avdeyevkanın alınmasında çox böyük itkilərdən yazan blogerin intihar etdiyi deyilir


Rusiyalı bloger Aleksandr Morozovun dostları onun ithar etdiyini xəbər veriblər.

Morozov əvvəlcə Ukraynadakı Luhansk separatçılarının ordusunda, 2014-cü ildən isə Ukraynadakı Rusiya silahlı qüvvələrinin sıralarında döyüşüb.

Bundan əvvəl hərbi bloger yazmışdı ki, Rusiya ordusu Ukraynanın Avdeyevka şəhərinin alınmasında 16 min hərbçisini itirib.

Onun teleqramdakı son postunda deyilirdi ki, rəhbərlik sonradan onu bu xəbəri silməyə məcbur edib.

“Stalinçi bloger” Morozov 2000-ci illərin ortalarından “Döyüşkən pişik Murz” ləqəbi ilə tanınırdı.

O 2008-ci ildə Rusiyada ekstremist məqaləsinə görə məhkum edilmiş ilk bloger olub.

O vaxt ona Livejournal sosial şəbəkəsindəki yazılarına və qanunsuz silah saxlamasına görə 3 il iş kəsilmişdi.

O 2014-cü ildə Donbasdakı rusiyayönlü separatçıların sıralarında döyüşmək üçün Ukraynaya yollanıb.

Morozov separatçılara ikinci cəhddən sonra qoşula bilib. Birinci cəhddə onu Luhanskdakı Rusiya kazakları yaxalamış və ona işgəncə vermişdilər.

O 2014 ildən Luhanks separatçılaırnın ordusundakı bölüklərdən birində rabitə zabiti olub.

Morozov nə yazırdı?

Morozov öz teleqram kanalında döyüş əməliyyatları barədə müntəzəm yazırdı. Hazırda onun 100 minədək abunəçisi var.

O yazılarında böyük itkilərdən, Rusiya hərbi komandanlığının naşılığından, hazırlıqsız bölmələrin düşmənlə üzbəüz döyüşə göndərilməsindən, korrupsiyadan, itkilərin gizlədilməsindən, hay-küylü vətənpərvərlikdən gileylənirdi.

Bütün bunlar onunla rəhbərlik arasında münaqişələrə səbəb olurdu. Morozov 2023-cü ilin payızında belə münaqişələrdən birinin ardınca ön cəbhəyə yollanmışdı.

Morozov fevralın 18-də adı çəkilməyən mənbəyə istinadla ötən ilin oktybarından bu ilin fevralınadək Avdeyevka uğrunda döyüşlərdə 16 min Rusiya əsgərinin həlak olduğunu yazmışdı.

O həm də Rusiyanın rəsmi məlumatlarına əks olaraq vurğayırdı ki, Ukrayna ordusu oradan mütəşəkkil şəkildə geri çəkilib.

Morozovun bu yazısı Rusiya hərbi blogerlərinin və təbliğatçılarının hiddətinə səbəb olmuşdu.

Son söz

Morozov fevralın 20-də bu postu silmişdi. O teleqram kanalında ehtimalən ölümqabağı qeydlərində yazmışdı ki, məlumatı silməyə onu batalyon komandirinin əmri ilə məcbur ediblər:

"Yoldaş polkovnik, sizin əmrinizlə məni postumu teleqram kanalımdan silməyə məcbur ediblər. Sizi isə belə bir əmr verməyə köhnədənqalma “kollektiv ordu məsuliyyəti” prinsipinə əsaslanan komandanlığınız məcbur edib. Yəqin deyiblər ki, post silinməsə, təchizat olmayacaq. Sursat...kopterlər...tanklar, BMP-lər verilməyəcək. Sizin komandanlığı isə buna Vladimir Solovyov kimi fahişələr məcbur ediblər. Onlar bura gəlib tətiyi çəkməkdən üyüdürlər. Nə olar, bunu özüm edərəm. Əgər bu boş bir işi heç kəs üzərinə götürə bilmirsə, özüm özümü güllələyərəm. Sizə də tank, kopter, tank, BMP verərlər”.

Xəbər verilir ki, propaqandaçılar Yuliya VityazevaArmen Kaspartan “Solovyov-LIVE” verilişinin efirində Morozovu sərt tənqid etmişdilər.

Morozovun sözlərinə görə o alaydakı vəziyyət barədə hərbi prokurorluğa da şikayət yazıb. Bu məktubda deyilirdi ki, şəxsi heyətin 30 faizi qalıb. Qalanları ölüblər, yaralanıblar, ya da itkin düşüblər, yaralıları qeydə almırlar.

Bloger yazmışdı ki, səfərbərləri “keçmiş məhkumlardan, narkomanlardan və soyğunçulardan” ibarət Vaqnerin komandanlığına verirlər.

O daha sonra yazırdı:

“Mən mübarizə aparmaq üçün özümdə həmişə güc tapa bilmişəm. Yəqin məni yaran həkimlər heyrətlənəcəklər ki, bağırsaqları dağım-dağım bu adam bütün bu illəri ayaq üstdə necə qala bilib. Birtərəhər qala bilmişəm. Yenə də özümdə güc tapardım, amma mübarizəni əlim çatan vasitələrlə davam etdirməkdə məna görmürəm. Bu vasitələr tükənib, effektivliyini itirib və mən sonuncu vasitəyə əl atıram”.

XS
SM
MD
LG