Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:02

Ermənistan rəsmisi Bakının konstitusiyanı dəyişmək tələbini rədd edib (Video)


'Ermənilər geri qayıtmasa, qisasçılıq artacaq' - Ermənilərin Qarabağa dönüşü təklifləri #İzahla
Gözlə

No media source currently available

0:00 0:13:56 0:00

"Ermənilər geri qayıtmasa, qisasçılıq artacaq" - Ermənilərin Qarabağa dönüşü təklifləri #İzahla

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Yerevan Bakının iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının və başqa hüquqi sənədlərin dəyişdirilməsini şərt kimi irəli sürməsini rədd edir.

Azatutyun xəbər verir ki, bu məsələ Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq təhlükəsizlik forumunda iki ölkənin vəzifəli rəsmiləri arasında mübahisəyə səbəb olub.

Xəbərdə deyilir ki, Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev bildirib ki, Bakı Ermənistanın Azərbaycana ərazi iddiaları ehtiva edən hüquqi sənədlərinə dair hələ də Yerevandan “aydın cavab” gözləyir.

Prezident İlham Əliyev fevralın 1-də demişdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

“Artıq razılaşdırılmış” maddə razılaşdırılıbmı?

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir.

Öz növbəsində bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.

Paşinyanın özü də bundan əvvəl Ermənistan konstitusiyasını tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Amma Paşinyan həm də sülh müqaviləsinə görə konstitusiyanın dəyişdirilməsinə ehtiyac olmadığına işarə etmişdi. O Bakı və Yerevan arasında sülh müqaviləsində artıq razılaşdırılmış maddədən danışmışdı:

"Sülh müqaviləsinin bir razılaşdırılmış maddəsi var. Orada deyilir ki, tərəflər bu müqavilənin öhdəliklərini yerinə yetirməmək üçün özlərinin heç bir qanunvericilik aktına istinad edə bilməzlər”.

Almaniyalı şərhçi: 'Berlin Bakı və Yerevan arasında yaxşı vasitəçi ola bilər'
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Bakı niyə münasibət bildirmir?

Antalya forumunda Ermənistan parlamenti spikerinin müavini Ruben Rubinyan Hacıyevə cavab verərkən baş nazir Nikol Paşinyanın gətirdiyi bu arqumenti səsləndirib.

Bu da qeyd olunmalıdır ki, rəsmi Bakı Paşinyanın sözü gedən bəyanatına indiyədək heç bir münasibət bildirməyib.

Rubinyan deyib ki, konstitusiya və qanunvericilik ölkənin daxili işidir və bunun mümkün Ermənsitan-Azərbaycan sülh müqaviləsi ilə heç bir əlaqəsi yoxdur.

Bundan bir gün əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri Berlində danışıqlar aparıblar.

Lakin nə Ceyhun Bayramov, nə də Ararat Mirzoyan bu danışıqlarda hər hansı irəliləyişin olub-olmamasına dair açıqlama verməyiblər.

İki nazir arasında müzakirələrin Antalyada davam etdirilib-etdirilməyəcəyi də məlum deyil.

Pşainyan Ermənistan konstitusiyasının dəyişdirilməsinə ehtiyac olduğunu bildirsə də, onun höküməti bunu Bakının təzyiqi altında etmək istədiyinə dair müxalifətin iddialarını rədd edir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG