Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:06

Müttəfiqlər Ramşteyn bazasında Ukraynaya yardımı müzakirə edirlər


Pentaqonun rəhbəri Lloyd Ostin və Ukraynanın müdafiə naziri Rustem Umerov Ramştaynda
Pentaqonun rəhbəri Lloyd Ostin və Ukraynanın müdafiə naziri Rustem Umerov Ramştaynda

ABŞ müdafiə naziri Lloyd Ostin deyib ki, onun ölkəsi Rusiyanın səbəbsiz müdaxiləsinə qarşı vuruşan Ukraynaya dəstək verməkdə davam edəcək.

Hərçənd Ukraynaya 60 milyard dollarlıq hərbi yardım nəzərdə tutan qanun respublikaçıların müqavimətinə görə uzun müddətdir ki, Nümayəndələr Palatasında ilişib qalıb.

Ostin martın 19-da Ukraynanın Müdafiəsi üzrə Kontakt Qrupunun Almaniyadakı Ramşteyn bazasında keçirilən iclasının başlanğıcında deyib ki, Birləşmiş Ştatlar Ukraynanın uğursuzluğa düçar olmasına yol verməyəcək.

50-dək ölkənin daxil olduğu və həm də Ramşteyn formatı kimi tanınan kontakt qrupu bu iclasında Rusiyanın şərqi Ukraynadakı hücumlarının gücləndiyi bir vaxtda Kiyevə hərbi yardımları müzakirə edir.

Lloyd Ostin prostat vəzi xərçənginin müalicəsindən sonra ilk dəfədir ki, xarici səfərə çıxıb.

O ABŞ-ın Ramşteyn hərbi hava bazasında etdiyi çıxışda deyib:

“Ukrayna qüvvələri sərt şərait və sərt döyüşlərlə üzləşiblər. Ukrayna mülkiləri Rusiya raketlərinin və İran dronlarının fasiləsiz zərbələrinə məruz qalırlar. Amma Ukrayna geri çəkilməyəcək. Birləşmiş Ştatlar da...”

Pentaqonun başçısı deyib ki, müharibə başlanandan bəri 315 min Rusiya əsgəri həlak olub, Moskvanın bu müdaxiləyə görə xərcləri isə 211 milyard dollara çatıb.

Pentaqonun qənaət etdiyi vəsaitdən

Görüşdən əvvəl danışan Almaniya müdafiə naziri Boris Pistorius deyib ki, Ukraynaya yeni yardım paketi martın 19-da elan ediləcək.

Amma Pistorius Berlinin Kiyevin uzaqmənzilli Taurus raketləri ilə təchizatından imtina etməsi barədə suala “hələ ki, qərar dəyişməyib” cavabını verib.

Ukrayna üçün 60 milyard dollarlıq yardım paketinin ABŞ Konqresində ləngidiyi bir vaxtda Vaşinqton martın 12-də Ukraynaya 300 milyon dollar məbləğində birdəfəlik yardım elan edib.

ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, bu vəsait Pentaqonun müqavilələrdən qənaət etdiyi pullardan ayrılıb.

Avropanın kritik yardımı

Hazırda Rusiyanın canlı qüvvədə və sursatda kəmiyyət üstünlüyünə malik olduğu şəraitdə Avropanın Ukraynaya hərbi yardımları kritik əhəmiyyət daşıyır.

Martın 18-də Avropa Şurası Ukraynaya Yardım Fondunun təşkili barədə qərarı təsdiq edib və bu fonda 5.4 milyard dollar vəsait ayırıb.

Avropa Ittifaqının xarici işlər komissarı Jozep Borrel deyib ki, bu vəsaitlə Ukraynaya hərbi yardımlar davam etdiriləcək.

Borrel deyib ki, o Avropada dondurulmuş Rusiya aktivlərindən gələn gəlirlərin 90 faizinin Ukraynaya silah alınmasına yönəldilməsini təklif edəcək.

O əlavə edib ki, bu təklifi martın 20-də Aİ sammitinə təqdim edəcək.

XS
SM
MD
LG