Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:26

Pentaqon rəhbəri: Ukraynanın varlığı təhlükədədir


Lloyd Ostin
Lloyd Ostin

Almaniyada Ukrayna müttəfiqlərinin Ramştayn formatında növbəti görüşü başa çatıb.

Görüşdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin çıxış edib.

Lloyd Ostin prostat vəzi xərçənginin müalicəsindən sonra ilk dəfədir ki, xarici səfərə çıxıb.

CurrentTime telekanalının müxbiri Zoryana Stepanenko yazdığına görə Ostin partnyorlara və Ukrayna nümayəndə heyətinə zəmanət verib ki, ABŞ Ukraynaya dəstəyi dayandırmayacaq:

“Ukrayna qüvvələri sərt şərait və sərt döyüşlərlə üzləşiblər. Ukrayna mülkiləri Rusiya raketlərinin və İran dronlarının fasiləsiz zərbələrinə məruz qalırlar. Amma Ukrayna geri çəkilməyəcək. Birləşmiş Ştatlar da...Beləliklə bizim bugünkü mesajımız aydındır: Birləşmiş Ştatlar Ukraynanın uğursuzluğa düçar olmasına yol verməyəcək. Bu koalisiya buna yol verməyəcək. Azad dünya da Ukraynanın məğlub olmasına yol verməyəcək”.

Amma bununla yanaşı Pentaqonun rəhbəri deyib ki, “Ukraynanın varlığı, Amerikanın təhlükəsizliyi hədə altındadır”:

"Bugün mən buradan ABŞ-ın təhlükəsizliyinin təmin olunacağına və sursat təchizatının davam etdiriləcəyinə dair tam əminliklə ayrılıram. Bu Ukraynanın sağ qalıb-qalmamaq məsələsidir, amma həm də Amerikanın şərəfi və təhlükəsizliyi məsələsidir”.

Pul olmadan yardım necə ediləcək?

Ostin bəyan edib ki, Vaşinqton kömək üçün vəsaiti demək olar qurtarsa da, Kiyevə dəstək verməyə sadiq qalacaq.

Müdafiə naziri ABŞ-ın əlavə maliyyələşdirmə olmadan Ukraynaya necə yardım ediləcəyinin təfərrüatlarına varmayıb.

Reuters agentliyi rəsmilərə istinadla yazır ki, maliyyə çatışmazlığı artıq Ukrayna cəbhəsindəki vəziyyətə birbaşa təsir göstərməyə başlayıb.

Burada Rusiya ordusu hücumlarını gücləndirib, Ukrayna qüvvələri isə ixtiyarlarında olan sursatla müdafiə olunmağa çalışır.

Pentaqonun adı çəkilməyən bir rəsmisi agentliyə deyib:

"Düşünürəm ki, bizim müttəfiqlərimiz, hamıdan da çox ukraynalılar maliyyələşdirmə ilə bağlı problemi anlayırlar. Biz məhz bununla bağlı təchizatı həyata keçirə bilmirik”.

XS
SM
MD
LG