Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:11

Azərbaycan hərbi qulluqçusu yaralanıb. Ermənistan birgə araşdırma təklif edir


Ermənistan insidentin birgə araşdırılmasına hazır olduğunu bildirib

Ermənistan tərəfi də sərhəddə baş vermiş insidentlə bağlı verdiyi bəyanatda atışmanın baş verdiyini, Azərbaycan tərəfindən bir sərhədçinin yaralandığını təsdiq edib.

Bu barədə AzadlıqRadioosunun Erməni xidməti – Azatutyun Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, erməni çoban itmiş malqarasını axtararkən Gorus rayonunun Xınzirək kəndi yaxınlığında sərhədin Azərbaycan tərəfinə keçib.

Ermənistan MTX-nin məlumatına görə atışma bu səbəbdən hər iki tərəfdən baş verib.

Ermənistan MTX insidentin Azərbaycan sərhəd xidməti ilə birgə araşdırılmasına hazır olduğunu bildirib:

"Birgə təhqiqatdan başqa Ermənistan Respublikası sərhəd qoşunları ayrıca araşdırma aparır və araşdırmanın nəticələri əlavə olaraq açıqlanacaq. Habelə çobanın və malqaranın niyə və hansı şəraitdə sərhədi keçməsi öyrənilir”.

Ermənistan MTX bildirib ki, belə insidentlər erməni tərəfi üçün arzuolunmazdır.

Məlumatda Azərbaycan tərəfinin malqaranı qaytardığı və çobanın hazırda Ermənistan ərazisində olduğu bildirilir.

***

Dövlət Sərhəd Xidmətindən (DSX) AZƏRTAC-a bildirildiyinə görə, aprelin 10-da, saat 15:20 radələrində Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsi ərazisində Ermənistan istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.

Qurumun vurğulamasına görə, “dövlət sərhədinin pozulmasının qarşısını alan” sərhəd naryadına “Ermənistan Silahlı Qüvvələrinin postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb”.

Habelə qeyd edilir ki, hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub:

“Hazırda əməliyyat şəraiti sabitdir...”

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Son həftələr...

Son həftələr Azərbaycan və Ermənisan sərhəddində atəşkəsin pozulması ilə bağlı tərəflər məlumatlar yayır və buna görə, onlar bir-birlərini günahlandırırıblar.

Andranik Koçaryan
Andranik Koçaryan

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan da iki gün əvvəl, aprelin 8-də jurnalistlərə demişdi ki, Azərbaycan silahlı qüvvələri Ermənistanın döyüş mövqelərinə və ətrafdakı bir neçə yaşayış məntəqəsinə atəş açıblar, amma bu atəş “nizamsız, mənasız və hədəfsiz” olub:

“Görünür o biri tərəfdə dayananlar bizim kəndlərimizə sarı arabir atəş açmaq qərarına gəliblər. Belə hadisələr çox olur...”

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Amma indi bununla bağlı Yeravandan ziddiyyətli bəyanatlar eşidilir.Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG