Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 16:27

Paşinyan yenə də sərhəd bölgəsinə baş çəkib


Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 17-də Ermənistanın şimal sərhəd bölgəsi – Tavuş mərzindəki iki kəndin - Voskepar və Kirants kəndlərinin sakinlərinə yenidən baş çəkib
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 17-də Ermənistanın şimal sərhəd bölgəsi – Tavuş mərzindəki iki kəndin - Voskepar və Kirants kəndlərinin sakinlərinə yenidən baş çəkib

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 17-də Ermənistanın şimal sərhəd bölgəsi – Tavuş mərzindəki iki kəndin - Voskepar və Kirants kəndlərinin sakinlərinə yenidən baş çəkib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu kənlərin sakinləri bölgədəki dörd kəndin Azərbaycana verilə biləcəyindən narahatdır.

Paşinyan ötən ay işarə etmişdi ki, o Bakının Qazax rayonundakı dörd kəndinin Azərbaycana qaytarılması tələbini qəbul etməyə hazırdır.

Bu kəndlər 1991-1992-ci illərdə Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilib.

Ermənistan müxalifəti və baş nazirin başqa tənqidçiləri Paşinyanın bu kəndləri Azərbaycana qaytarmaq müqabilində Bakıdan Ermənistanın 30 kəndinin təsərrüfat torpaqlarının qaytarılmasını istəməməsindən narazıdırlar.

Paşinyan ötən ay bu bölgəyə səfəri zamanı yerli sakinlərə xəbərdarlıq etmişdi ki, Bakının tələbi yerinə yetirilməsə yeni müharibə baş verə bilər.

O bildirmişdi ki, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanis Ayrım kəndləri sovet dövründə də Azərbaycana daxil olub.

Paşinyan deyiləsi sözlərini artıq deyib

Azatutyun yazır ki, müxtəlif müxalifət fiqurları, habelə Erməni Kilsəsinin nümayəndələri də Tavuş mərzinə səfər edərək yerli sakinlərin “birtərəfli güzəştlərə” qarşı mübarizəsini “dəstəklədiklərini” bildiriblər.

Onlar iddia edirlər ki, əgər Azərbaycanın tələb etdiyi kəndlər verilərsə, Ermənistan özünün yaxşı fortifikasiya olunmuş mövqelərini, habelə Azərbaycan sərhədi boyunca uzanan Yerevan-Tbilisi strateji avtomobil yolunu itirmiş olacaq.

Yerli kəndlilər isə təsərrüfat sahələrinin yeni sərhəd xəttinə bitişik olacağından narahatdırlar.

Azatutyun yazır ki, Paşinyan aprelin 17-də Voskepar, Kirants və Berkaber kənd sakinləri ilə dörd saatdan çox çəkən qapalı görüşdən sonra heç bir açıqlama verməyib.

O yalnız bunu deyib ki, bu mövzuda deyiləsi sözlərini artıq deyib və əlavə edə biləcəyi heç nə yoxdur.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib.

Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG