Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 13:32

Moskva Vaşinqtonu 'ölümcül' nəticələrlə hədələyir


Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov

Kiyevə ABŞ silahları ilə Rusiyaya zərbələr endirməsinə icazə verilməsi “ölümcül nəticələrə” gətirib çıxara bilər.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib:

"Amerika xadimlərinə ölümcül nəticələrə gətirib çıxara biləcək yanlış addımları barədə xəbərdarlıq etmək istərdim. Onlar məlum olmayan səbəblərə görə ala biləcəkləri cavabın ciddiliyini düzgün qiymətləndirmirlər”.

Ryabkov deyib ki, Rusiya ərazisindəki hədəflərin vurulmasına cavab “asimmetrik” ola bilər, amma Moskvanın fikrincə Vaşinqton bunun nəticələrini “hiss edəcək”.

Nazir müavini ABŞ-ı Rusiyadan səslənən xəbərdarlıqlara, xüsusilə də prezident Putinin dediklərinə “maksimum ciddiliklə” yanaşmağa çağırıb.

Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda bəzi Qərb ölkələrinin Rusiya ərazisinə zərbələr endirilməsinə çağırışlarını şərh edərkən demişdi ki, “NATO üzvləri, xüsusilə də Avropada olanlar və kiçik əraziyə malik ölkələr nə ilə oynadıqlarının fərqində olmalıdırlar”.

Rusiya və Belarus habelə bu yaxınlarda taktiki nüvə silahı ilə təlimlərə başlayıblar.

Məhdud icazə

Mayın son günlərində ABŞ medialarından bəziləri xəbər verirdilər ki, prezident Co Bayden Ukraynaya Rusiya ərazisinə zərbələr endirilməsi üçün məxfi icazə verib.

Amma bu da qeyd olunurdu ki, burada söhbət yalnız Xarkov vilayətinə həmsərhəd Rusiya ərazisindən gedir, amma hətta burada da Vaşinqton ATACMS raketlərindən istifadə olunmasını dəstəkləmir.

Ukrayna prezidenti Volodimir Zelenski ötən həftəsonu The Guardian qəzetinə müsahibəsində ABŞ-ı Kiyevə Rusiya ərazisinin dərinliklərini uzaqmənzilli raketlərlə vurmaq icazəsinin verilməsinə çağırıb.

Zelenskinin sözlərinə görə əgər ABŞ belə bir icazəni verməsə Ukrayna başqa ölkələrin, məsələn qadağanı qaldırmasına baxmayaraq Britaniyanın silahlarından da Rusiya ərazisini vurmaq üçün istifadə edə bilməyəcək.

Moskvanın Patriot narahatlığı

Bugünlərdə Bundesverdə ABŞ-ın Patriot zenit-raket komplekslərindən Rusiya ərazisi üzərindəki bombardmançı təyyarələrin vurulmasını istisna etmədiklərini bildirmişdilər.

Almaniya Ukraynaya bir neçə Patriot kompleksləri verib. Bundan əvvəl ABŞ-ın ardınca Almaniya hökuməti də Kiyevə Xarkov vilayətinin müdafiəsi üçün onun silahlarından Rusiya ərazisinə zərbələr endirilməsi üçün istifadəyə icazə vermişdi.

Rusiya XİN bildirib ki, Kiyevə Patriot sistemlərindən istifadə icazəsi verən Qərb ölkələri “eskalasiya yolunu” tutublar.

Rusiya xarici işlər nazirinin başqa bir müavini - Aleksandr Qruşko TASS dövlət agentliyinə müsahibəsində demişdi ki, Rusiya belə eskalasiyanın yaratdığı təhlükənin neytrallaşdırılması üçün bütün tədbirləri görəcək.

XS
SM
MD
LG