Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:22

Builki Peterburq forumunda Putinin hər iki qızı iştirak edəcək


Soldan sağa - Katerina Tixonova və Mariya Vorontsova
Soldan sağa - Katerina Tixonova və Mariya Vorontsova

Rusiyada iyunun 5-də açılmış Peterburq Beynəlxalq İqtisadi Forumunun panel müzakirələrində ilk dəfə olaraq prezident Vladimir Putinin hər iki qızı iştirak edəcək.

Katerina Tixonovanın və Mariya Vorontsovanın foruma qatılacaqlarına dair xəbəri Faridaily layihəsi forumun proqramına istinadla yayıb.

Layihə jurnalistləri diqqət yetiriblər ki, bu il keçiriləcək tədbirin ilkin proqramına Putinin qızlarının adları daxil deyildi. Onları proqrama iyunun 4-də əlavə ediblər.

Putinin kiçik qızı – İnnopraktika şirkətinin baş direktoru Katerina Tixonova forumun müdafiə sənayesi kompleksinin “texnoloji suverenliyin təmin edilməsindəki rolu”na həsr edilmiş panel iclasında onlayn formatında iyunun 6-da çıxış edəcək.

“Çoxqütblü dünya” söhbəti

Prezidentin böyük qızı – Rusiya elmə dəstək assosiasiyası rəyasət heyətinin üzvü Mariya Vorontsovanın çıxışı isə iyunun 7-ə təyin edilib.

Xəbərə görə o Peterburq forumunda şəxsən iştirak edəcək və yüksək texnologiyaların inkişafından danışacaq.

Faridaily bildirir ki, forumda adətən yalnız Katerina Tixonova iştirak edir. Mariya Vorontsova isə iki dəfə - 2019 və 2021-ci illərdə tədbirdə qonaq qismində iştirak edib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Vorontsova 2019-cu ildə Peterburq forumunun əsnasında müsahibə vermişdi.

Bu il Peterburq forumu iyunun 5-8-də keçirilir. Forumun əsas mövzusu “Çoxqütblü dünyanın əsası – yeni artım nöqtələrinin formalaşdırılması”dır.

Prezidentin açılışını etdiyi ticarət mərkəzləri öz qızlarına məxsus imiş
Gözlə

No media source currently available

0:00 0:06:04 0:00

“Timsah” ləqəbli prezident

Forumda 17 min nəfərin iştirakı gözlənilir. Bunların arasında Misir, Qazaxıstan, Türkiyə, Çin, ABŞ, Britaniya, Hindistan və başqa ölkələrin nümayəndələri var.

Builki forumun əsas qonaqları ABŞ-ın və Qərbin kəskin tənqidçisi, Boliviya prezidenti Luis Larse və sərtliyinə görə “timsah” ləqəbi qazanmış Zimbabve prezidenti Emmerson Manaqaqvadır.

Beynəlxalq insan haqları qruplarının hesabatlarına görə Zimbabvedə 2023-cü il seçkisi zamanı onlarca müxalifətçi və fəal oğurlanıb, həbs olunub, döyülüb və işgəncəyə məruz qalıb.

2006-clı ildən başlayaraq Peterburq forumlarında Putinin özü də iştirak edir.

Elə sabah – iyunun 6-da o Boliviya və Zimbabve prezidentləri ilə danışıqlar aparacaq.

Putin iyunun 7-də forumun plenar iclasında çıxış edəcək və Rusiya iqtisadiyyatının döyüş əməliyyatları şəraitində inkişafından danışacaq.

XS
SM
MD
LG