Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 11:32

Litva orta məktəbi bitirənlər üçün icbari hərbi xidmətə keçir


Litva ordusunun hərbçiləri
Litva ordusunun hərbçiləri

Litva seymi ümumi hərbi mükəlləfiyyət haqqında qanuna düzəlişlər paketini qəbul edib.

Bu düzəlişlərə görə oğlanlar orta məktəbi bitirən kimi həqiqi və müddətli hərbi xidmətə çağırılacaqlar.

Düzəlişlərin leyhinə 85, əleyhinə üç səs verilib. Daha 14 deputat bitərəf qalıb.

Qanun layihəsinə görə orta məktəbi bitirən 18-22 yaşları arasında gənclər 9 ay müddətinə icbari hərbi xidmətə çağırılacaqlar.

Sənəddə bu da deyilir ki, hərbi xidməti keçməyən gənclər ali təhsil ala bilməyəcəklər.

Qanun layihəsinə görə ölkə ordusu üçün nadir ixtisaslara yiyələnmiş universitet məzunları orduya 3 ay müddətinə çağırılacaqlar.

Qanun layihəsinin müəllifləri bu qənaətdədirlər ki, kursantlar göstərilən müddətlərdə baza hərbi hazırlığını keçə biləcəklər.

Latviya da icbari hərbi xidmətə keçir

Xəbər verilir ki, yeni qanunun tələbi ilə tibbi müayinələrə 2025-ci ildə başlanacaq, orta məktəb məzunlarının çağırışı isə 2026-cı ildən yer alacaq.

Qanun layihəsində habelə alternativ hərbi xidmətin müddəti 12 ayadək artırılıb. Əvvəlki müddət 10 ay idi.

Sənəddə deyilir ki, könüllü hərbi xidmət keçmək istəyən litvalılar bunu 39 yaşınadək edə bilərlər.

Litva ilə qonşu Latviya orduda icbari hərbi xidməti 2004-cü ildə ləğv etmişdi. Bu xidmət müqavilə üzrə ixtisas xidməti ilə əvəzlənmişdi. Amma Latviya da ötən il hərbi çağırışı və icbari hərbi xidməti bərpa edib.

Əvvəlcə könüllü hərbi xidmətə hər yarım ildə 500 nəfər çağırılırdı. İndi bu rəqəm müddətli hərbi xidmətə çağırılanların hesabına 6 minə çatdırılacaq.

Bu beş ildə, yəni 2027-ci ildən başlayaraq Latviya ordusunda xidmət 18-27 yaşları arasında olan bütün vətəndaşlar üçün icbari olacaq.

XS
SM
MD
LG