Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 19:18

Ermənistanın BRICS-in Rusiya sammitində iştirak edəcəyi xəbər verilir


Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan

Ermənistan BRICS təşkilatının gələn ay Rusiyada keçiriləcək sammitində iştirak edəcək.

Bunu AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryana istinadla yazır.

Bununla belə baş nazir Nikol Paşinyanın ofisi ölkənin 22-24 oktyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək sammitdə iştirakına dair xəbəri şərh etməyib.

Adını əsas üzvlərin – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika adlarının baş hərflərindən götürən BRICS qrupu hazırda dünya əhalisinin az qala yarısını təmsil edir.

Bu qrup 2009-cu ildə 5 inkişaf etməkdə olan ölkə tərəfindən təsis edilib. O vaxtdan bəri İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də təşkilata qoşulublar.

Paşinyanın qəfil qərarı

Azərbaycan qrup üzvlüyü üçün bu yaxınlarda müraciət edib. Azatutyun yazır ki, daha çox Qərblə sıx münasibətlərə can atan Yerevanın belə bir niyyəti yoxdur.

Xəbərdə deyilir ki, belə görünür, Paşinyan ölkəsinin Rusiya ilə münasibətlərinin gərgin olduğu və Rusiyanın başçılığı altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurduğu bir vaxtda hər halda Kazan sammitində iştirak etmək barədə qərar qəbul edib.

Sentyabrın 4-də Rusiya Xarici İşlər Nazirliyi KTMT-dəki fəaliyyətini tam bərpa etməsi üçün bir daha Yerevana çağırış edib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib:

“Yerevan de jure KTMT-nin tamhüquqlu üzvü olaraq olaraq qalır və buna müvafiq bütün hüquq və öhdəliklərə sahibdir. Hərçənd Ermənistan rəhbərliyi bu münasibətlərdən uzaqlaşmağa can atır, bu isə Ermənistan xalqının maraqlarına ziddir”.

XS
SM
MD
LG