Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:03

Əli Kərimli Baş prokurora və Daxili İşlər nazirinə müraciət edib


AXCP sədri Əli Kərimli «Xaqani-33» ünvanda yerləşən təşkilatların binadan çıxarılmasında iştirak edən məhkəmə icraçıları və polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsini istəyir. Cənab Kərimli dekabrın 7-də Baş prokuror Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova bu məzmunda məktubla müraciət edib. AXCP sədri hesab edir ki, «Xaqani-33» ünvanda yerləşən təşkilatlar binadan çıxarılarkən Konstitusiyanın, Mülki Məcəllənin və «Məhkəmə qərarlarının icrası haqqında» qanunun bir sıra maddələri pozulub. Ona görə də məhkəmə icraçıları və polis əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verilib, qanun pozuntularına yol verənlər məsuliyyətə cəlb edilməlidir.

Əli Kərimli həmçinin Daxili İşlər naziri Ramil Usubova müraciətində yazıb ki, onlar binadan çıxarılandan sonra AXCP-yə məxsus əmlak Keşlə qəsəbəsinə aparılaraq zavodun inzibati binasının ikinci mərtəbəsinə boşaldılıb və həmin əmlak üzərinə faktiki olaraq həbs qoyulub. Polis AXCP-nin bu əmlakdan istifadəsinə imkan vermir. O, nazirin dən polisin hərəkətləri ilə bağlı izahat verilməsini istəyir.


Noyabrın 24-də 1 saylı İqtisad Məhkəməsi İqtisadi İnkişaf Nazirliyinin icarə haqlarının ödənməməsi barədə iddiasına baxaraq AXCP də daxil olmaqla bir neçə qəzet və “Turan” informasiya agentliyinin «Xaqani-33» ünvanında yerləşən binadan çıxarılması haqda qərar qəbul edib. Noyabrın 25-də isə Ədliyyə Nazirliyi və Bakı şəhər polisinin əməkdaşları sözügedən təşkilatların avadanlığını «Xaqani-33»-dən çıxarıb, Dövlət Əmlak Komitəsinin onlara təklif etdiyi yeni ünvanlara aparıblar. Hələlik AXCP-nin iş şəraitinin olmadığını deyərək Keşlə qəsəbəsindəki yeni ünvana köçmür. Partiyadan verilən məlumata görə polis onların həmin ünvana daınmış əmlaklarından istifadə etmələrinə də imkan vermir.


Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə polisin AXCP-yə öz əmlakından istifadə etməsinə mane olması barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib.


XS
SM
MD
LG