Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:48

Diktatorlar niyə həmişə narahatdırlar?


KİÇİK GÖRÜNƏN TƏHLÜKƏLƏRİN QORXUSU

«Washigton Post»un bloq yazarı William J.Dobson diktatorların düşüncə tərzinə orijinal bir nəzər salır. «Diktatorlar niyə həmişə narahatdırlar?» sualına cavab tapmağa çalışır.

Yazır ki, diktatorları birləşdirən cəhətlərdən biri də onların xofudur- daim hakmiyyətlərinə təhlükə kəsb edən təzahürlərə həssasdırlar. Onların daim qorxduğu çox şey var. Gözlərinə hər yerdə düşmən görünür. Gah hansısa xarici qüvvənin məkrli niyyətlərindən, gah saray və ya hərbi çevrilişlərdən, gah da şahidi olduğumuz ərəb üsyanları kimi xalqın ayağa qalxmasından xoflanırlar.

William J.Dobson diktatorların ordu generalları və nüfuzlu siyasətçilərdən qorxmasından yazaraq Çindən və Misirdən misallar gətirir və əlavə edir ki, siyasi intriqalar həqiqətən də real təhlükə ola bilər. Lakin müəllif sual edir ki, tiranlar kiçik görünən təhlküələrdən niyə qorxurlar? Dissident Aung San Suu Kyi Burmadakı hərbi xuntanı və ya Dalai Lama Çin Kommunist partiyasını niyə qorxudur?

Müəllifin fikrincə, diktatorlar siyasətdə simvolizmin gücünü yaxşı başa düşürlər. Bilirlər ki, bəzən bir hadisə, bir nəfər və hətta bir jest xalq kütlələlərini hərəkətə gətirmək gücündə olur.

MİSİR İNQİLABI VƏ POLİS GÜNÜ


William J.Dobson simvolizmə misal kimi Misir üsyanına, hadisələrin xronologiyasına müraciət edir. Yazır ki, «Misirdəki hadisələrin məhz yanvarın 25-də başlaması təsadufi deyildi. Rejimin təqvimində 25 yanvar Polis günü kimi qeyd edilir. Təhrir meydanındakı hadisələri izləyən hər kəs Misirlilərin polisə xüsusi rəğbət bəsləmədiyini bilir. Polisin şərəfinə dövlətin milli bayram keçirməsi çoxlarına ağır gəlirdi. Ona görə də gənc fəallar aksiyalara məhz həmin gün başlamağa qərar verdilər. Maraqlı burasıdır ki, gənclər 2010-cu il yanvarın 25-də də eyni cəhdi göstərsələr də onların çağırışına qoşulan olmamışdı. 2011-də isə alındı».

AVTORİTAR ÖLKƏLƏRDƏ RƏMZİ GÜNLƏRİN SAYI

Siyasətdə simvolzim mövzusunu davam etdirən Dobson daha bir fikir irəli sürür ki, avtoraitar rejimlərin ömrü nə qədər uzun olursa, rəmzi məna daşımağa başlayan günlərin sayı da artır, təqvim rejimin cinayətlərini xatırlayan ildönümlərlə dolur.

Müəllif Çin tarixinı müraciət edir:

10 mart – Tibet üsyanının ildönümü (1959-cu il)
1 aprel – Demokratik Divar hərəkatının ildönümü (1978)
4 may – 4 may Hərəkatının ildönümü (1919)
4 iyun – Tiananmen meydanı hadisələri (1989)
5 iyul – Xinjang vilayətində müsəlmanların üsyanı (2009)
22 iyul – Falun Gong hərəkatının ildönümü (1999)

Daha sonra Dobson yazır ki, 2009-cu ildə bu hadisələrin yuvarlaq ildönümləri üst-üstə düşürdü, ona görə də Çin rəhbərliyi xüsusi təhlükəsizlik qrupu yardaraq adını «6521» qoydu. Burada da simvolizm var idi: 6 rəqəmi Çin xalq respublikasının yaranmasının 60 iliyini, 5 – Tibet üsyanının 50 illiyi, 2 – Tiananmen meydanında tələbələrin qətliamının 20 illiyi, 1 – Falun Gong hərəkatının dağıdılmasının 10 illiyini nəzərdə tuturdu.

Liu Xiaobo
Hər şeydən göründüyü ki, Dobson simvolizmə sadə ideya kimi baxmır, ona ciddi yanaşır. Bloqunun sonunda Çinə səfərini xatırlayan müəllif yazır ki, Çin rəhbərliyinin həssaslığını nəzərə alaraq səfərini təqvimin nisbətən sakit gününə planlaşdırmaq istəyirdi. Əvvəl onun seçimi dekabr ayı idi, lakin Nobel komitəsi 2010-cu ilin Sülh mükafatını çinli dissident Liu Xiaoboya vermək qərarını qəbul edəndə planlarını dəyişdi. Çünki Nobel mükafatları dekabrda təqdim olunur. Fevral ayını (2011) seçən müəllif Ərəb dünyasındakı üsyanların baş verdiyini və Çin rəhbərliyinin görünməmiş təhlükəsizlik tədbirlərini həyata keçirdiyini yazır.

ÖLKƏ TƏQVİMİNDƏ YENİ GÜNLƏR...

«Əlbəttə, kənardan mənim yazdıqlarımın çoxu paranoid reaksiya kimi qiymətləndirilə bilər. Lakin diktatorların gözündə hətta simvolik hadisələr onları kürsülərindən aşıra biləcək təhlükə kimi görünür. Yaxın Şərqdəki hadisələr bu təhlükəni ciddi qəbul etməyən diktatorları süpürüb atdı. Çin rəhbərliyi də belə xəbərdarlıqları qulaqardına vursa, qorxur ki, ölkə tarixi təqvimin yeni və ən əhəmiyyətli günü ilə zənginləşə bilər».
XS
SM
MD
LG