Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

Seymur Həziyev həkim müayinəsindən keçdi


Martın 26-da naməlum şəxslər tərəfindən döyülən «Azadlıq» qəzetinin əməkdaşı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həziyev həkim müayinəsindən keçib.

Həkim onun döş qəfəsinin yumşaq toxumalarının əzildiyini bildirib. Toxuma uclarının ciddi əzildiyini deyən həkim ona 10 gün istirahət etməyi tövsiyə edib.

Bu haqda AzadlıqRadiosuna Seymur Həziyev özü məlumat verib. O deyir ki, həkimə döyüldüyünü söyləməyib.

Seymur Həziyev hadisənin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək istəmir. Amma qəzet rəhbərliyi və ya hüquq müdafiəçiləri belə addım atarsa, etiraz etməyəcək.

«Bundan əvvəl də həmkarlarım döyülüb. Təcrübə göstərir ki, cinayət araşdırılmır. Ona görə də müraciət etmək mənasızdır».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirmişdi ki, bu barədə mətbuat xidmətində heç bir məlumat yoxdur:

«Belə hal baş veribsə, həmin şəxs dərhal aidiyyəti üzrə polis orqanına ya da 102 xidmətinə müraciət etməlidir. Müraciət daxil olandan sonra araşdırma başlanacaq».
Seymur Həziyev martın 26-da gecə yarısı tanımadığı altı nəfər tərəfindən döyüldüyünü, sonra da yaşadığı ərazidən uzaqda – Binəqədidə küçəyə atıldığını deyir.
XS
SM
MD
LG