Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Qaddafinin xarici işlər naziri Londondan siyasi sığınacaq istəyib


Liviya Xarici İşlər Naziri Musa Kusa Britaniyadadır və Liviya rəhbəri Muammar Qaddafi ilə "uzun müddət işləmək" niyyətində deyil. Britaniya Xarici İşlər Nazirliyi deyir ki, Musa Kusa martın 30-da paytaxt yaxınlığındakı aeroporta enib.

O, Londona Tunisdən gılib. Musa Kusanın Britaniya rəsmiləri ilə saatlarla danışıq apardığı bildirilib. Britaniya Xarici Işlər Nazirliyinin sözçüsü deyib ki, Musa Kusa onlara öz postundan istefa verdiyini deyib.

“Musa Kusa Qaddafi hökumətinin əhəmiyyətli fiqurlarından biridir, onun rolu rejimin beynəlxalq aləmlə təmasını qurmaq olub”, - deyən Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, onlar Qaddafinin ətrafında olanları Liviya üçün daha yaxşı gələcək qurmağa can atmağa həvəsləndirirər və hökumətin digər üzvlərini də Qaddafini tərk etməyə çağırırlar.
XS
SM
MD
LG