Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:46

Təbrizdə 70 nəfər saxlanılıb


İranda «Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyası»nın yaydığı məlumata görə, Təbrizdəki aksiya zamanı etirazçılarla polis arasında qarşıdurma olub. Azı 70 nəfərin naməlum istiqamətə aparıldığı güman edilir. Etirazçılar arasında yaralananlar da var.

Etirazlar Urmiya və İran Azərbaycanın başqa şəhərlərində də keçirilib.

Assosiasiyanın yaydığı məlumata görə, etirazçıların hər biri bir stəkan su götürüb və gölə töküb. Onlar «Urmiya gölü susuzluqdan yanır», «Bəndləri yıxın, gölü doldurun», «Urmiya gölündə su yoxdur, Azərbaycan indi oyanmırsa, sonra gec olacaq», «Uzun yaşa, Azərbaycan» şüarları qışqırıblar.



YERLİ SAYTLAR BƏZİ ETİRAZÇILARIN AZAD OLUNDUĞUNU XƏBƏR VERİR

Urmiya gölü İranın Azərbaycan əyaltində yerləşir Yaxın Şərqin ən böyük gölüdür. Duzluluğuna görə, ikinci ən böyük göl hesab olunan Urmiya gölü qurumaq təhlükəsi ilə üzləşib. Artıq gölün 60 faizi quruyub. Ekspertlər xəbərdarlıq edir ki, ehtiyat tədbirləri görülməsə, göl tamamilə məhv olacaq.

Ekspertlər güman edir ki, göl 1999-cu ildən başlayaraq qurumağa başlayıb. Onlar hesab edirlər ki, su mənbələrinin tükənməsi və effektiv su idarəçiliyi çatışmazlığı üzündən göl belə bir problemlə üzləşib.
XS
SM
MD
LG