Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:41

Zümrüd Yağmurun romanı müzakirəyə çıxarıldı


Azadlıq Radiosunun "Oxu zalı"nda yazıçı Zümrüd Yağmurun "Allah qayıdır?!" romanının müzakirəsinə başlayırıq.

"Qanun" nəşriyyatında çap edilmiş romandan bir parçanı "Oxu zalı"nda təqdim edirik.



...Yeməməkdən bağırsaqları quruyan qızının ağlamasına dözə bilmək cəhənnəmdə atəşdə yanmaqdan çətin idi.

Elə bil lənətə gəlmişdi, hec çür iş tapa bilmirdi, həyətlərdə işləyirdi, bir gün iş olurdu, üc gün olmurdu.

Başını itirmişdi və bir gecə elə bu halla da Lalədən qonşu ölkəyə gedən qadınların nə satdığını soruşdu.

Lalə çiyinlərini çəkdi, amma o razı olsa öyrənəcəyini deyib susdu. Teymur arvadının yuxarı çəkilən çiyinləri ilə sanki özü də qalxıb boşluğa düşdü.

Nəzərlərini qaldırıb Laləyə baxdı.

Son vaxtlar Lalə sakit olmuşdu, elə bil qadının dilini bağlamışdılar, xeyli də arıqlayıb solmuşdu.


Lalə bir ay sonra evə qayıdanda Teymurun saçlarında qara tük yox idi. Kimsə dinmədi, Teymur da onunla əl tutub görüşmədi.
- Bəlkə, deyirəm... bəlkə bir dəfə gedəsən, bəlkə..., nə bilim,- Teymur həmişəlik öldüyünü, bütün dünyadan iyrəndiyini, hətta qızına da küsdüyünü, onu bir daha məhəbbətlə qucağına ala bilməyəcəyini hiss edib başını aşağı saldı.

- Yaxşı, - bunu da Lalə deyib ərinin onu, onun da ərini bir dəfəlik itirdiyini anlayıb gözləri doldu.

Həyat onları qara qəpiyə satmışdı.

Lalə hazırlıqlara başladı, qadınların başçısı xarici pasport məsələsini həll etdi, “orada qazancın olanda pulunu qaytararsan” dedi.

Lalə hələ onun yanında çalışacaqdı, əslində işinin nə olduğunu bilirdi, amma nə qədər kirlənəcəyini, nə qədər əzablı olacağını təsəvvür edə bilmirdi.

Gedəcəyi gün Teymur bir kəlmə belə danışmadı, qızı anasına sarılıb oturmuşdu, ağlamışdı, yenə qarnı ağrayırdı, yenə bu gün saatlarla tualetdən çıxa bilməmişdi, o qədər əzab çəkmişdi ki, elə bil həmişəlik üzünə kədəri cəkib qeybə cəkilmişdilər.

Lalə sabah yola düşdü, ilk dəfə təyyarəyə mindi, ilk dəfə evindən ayrıldı.

Bir həftə sonra evə pul, qızına geyəcəklər göndərdi, qızı geyindi, yedi, gözlərinə işıq gəldi.

Teymur əlini heç nəyə uzatmadı, yenə bağlara işləməyə getdi, yenə əlində bir cörək, bir dəstə soğanla qayıtdı.

Arvadının göndərdiyi puldan alınmış ərzağa əl uzatmadı, içindən çəkildi, əridi, yumağa döndü.

Hər gün evdən çıxırdı, pulu olmayanda uzun məsafələri piyada yürüyüb qarşısına çıxan həyətlərdə iş olub-olmadığını öyrənmək üçün dəmir qapıları döyürdü, hər açılan qapının arxasından bir şey, gah mərhəmət, gah qəzəb peyda olurdu, biri sakitliklə iş olmadığını deyirdi, biri acıqla əlini yelləyib qapını üzünə çırpırdı, digərisə onun pərişan halına baxıb sədəqə vermək istəyirdi.

Əvvəl sədəqə verənlərə acığı tutdu, onu dilənçi zənn etmələri heysiyyatını əzirdi, sonra Lalənin indi harda, hansı şəraitdə olduğunu düşünüb heysiyyatına tüpürüldüyünü, fahişəliyin girdabında zorlandığını, ruhunun belə bu cirkaba qarşı dayana bilmədiyini düşünüb qürur nümayiş etdirmək istəyinə özü də tüpürüb ikrah və rişxəndlə gülürdü və özünə qarşı tuşlanmış rişxəndi indiyə qədər hiss etdiyi bütün insani nə varsa hamısını sıxışdırıb içindən çıxarırdı.

Beləcə Teymur hətta əl acmağa başladığının fərqinə varıb buna tez də alışdı.

Indi o özünə hər şeyi rəva görürdü, bu da bir insan üçün hər şeyin bitdiyi yerdi.

Yolu keçib dayandı, evinə baxdı, amma ora deyil, təpəliklərə doğru addımladı, Kəllə sümüyünü basdırdığı təpəyə çatıb məzara doğru qalxdı.

Ora çatanda saçlarının tikan kimi qabardığını hiss etdi, məzar burda da eşilb dağıdılmışdı.

Yoxsa Kral, onun Naziri bura da gəlib çıxmışdı?!

Kəllə sümüyünü axtardı, yoxdu, çarəsiz oturub başını əlləri arasına aldı, yalnız indi hiss etdi ki, o çoxdandır ağlamır, boğazna yığılan qəhər şor suya dönüb yanaqlarına axdı, hönkür vurub ağladı.

Elə hönkürə-hönkürə də nəzərlərini göyə qaldırdı...

Yenə qaranlıqdı və kimsə gözə dəymirdi.

Qalxıb ora-bura gəzindi, hələ də Kəlləni tapmaq ümidini itirməmişdi, bir az aralıda səs gəldiyini duyub ora yürüdü, gördüyü mənzərədən qanının da donduğunu hiss edib elə durduğu yerdə də hərəkətsiz qaldı.

Az aralıda sülənti bir it Kəlləni ayaqları arasına alıb gəmirirdi...

Teymur donduğu kimi xeyli hərəkətsiz qaldı, zəif olsa da Kəlləni itə buraxmaq fikrində deyildi.

Onu qovmağa çalışdı, it mırıldayıb irəli atıldı.

Teymur əyilib əlinə keçən torpaq parçasını ona qolazlasa da it qolundan tutub dartdı, əlbəyaxa oldular, it ona güc gəlirdi, yerə yıxılıb bir əli ilə iti saxlayıb digəri ilə əlinə keçəcək bir şey aradı, nəsə əlinə dəydi, qaldırdı, it zingildəyib kənara sıçradı.

Teymur cəld qalxdı, Kəlləni qamarlayıb sinəsinə basdı, qolundan axan qana əhəmiyyət verməyib it özünə gələnə qədər burdan uzaqlaşmaq üçün sürətlə təpənin üstündən aşağı yuvarlandı.

Kələnin sinəsinə sıxmışdı, onunla nə edəcəyini bilmirdi, yenəmi basdırsın, birdən kimsə, hansı itsə yenə qazıb çıxarsa... “Belə başlayıblarsa, tikməmiş, didikləməmiş boş yer buraxmayacaqlar, qarış-qarış tikib Atalarına məbəd ucaldacaqlar.

Bəs onda nə edim, harda gizlədim, necə saxlayım?”

Didilirdi, o Kəlləyə elə bağlanmışdı ki, sanki gələcəkdə qızının məzarının dağıdılmamasının, kəllə sümüyünün itlər tərəfindən gəmirilməməsinin, Nazir tərəfindən it sümüyü kimi bir çalaya yığılmamasının taleyi bundan, Kəllənin saxlanımasından, qorunmasından asılı idi.

Qaranlıqda irəliləyirdi və soyuq yaralı qolunu incidib axan qan onu üşütsə də Kəlləni bu qaranlıqda buraxmaq istəmirdi.

Balaca, elə kiçikdi ki, yəqin hələ anasının südündən ayrı qala bilmirmiş, bəlkə də bir-iki yaşı varmış, yəqin tək qala bilmirmiş, qaranlıqdan da qorxurmuş, bundan lap əmin oldu, çünki qızı hələ də evin içində qaranlıqdan qorxurdu.

Bunları düşünüb Kəlləni daha bərk sinəsinə sıxıb hər şeydən, qaranlıqdan, soyuqdan qorumağa çalışdı.

Hara getsin, bu kimsəsiz, bütün doğmalarının sümüklərindən, izindən uzaq düşmüş, yerindən, məzarından didərgin salınmış Kəllə sümüyünü hara aparsın, necə qorusun?

Bir qərarı olmasa da dayanmadan qaranlıqda yeriyirdi, özü də bilmədən dənizin sahilinə gəlib çıxdı.

Karıxdı, dənizin dalğaları soyuq küləyin qoynunda sahilə çan atıb bayaqkı it kimi sanki onu Kəllə sümüyü ilə birgə öz dərinliklərinə çəkmək istəyirdi və Teymur ani olaraq Kəlləni dənizə atmağı düşündü, bütün ölkəni qazıq-qazıq etsələr, dənizin sahillərinə belə sahiblənib didikləsələr də yəqin dənizi quruda bilməzdilər.

İrəli yeridi, dalğalar onu islatsa da Kəlləni dərinə atmaq üçün irəlilədi, son dəfə sinəsinə sıxıb qolazlamaq istədi, amma birdən suların onu üşüdəcəyini düşünüb yenə fikrindən daşındı.

Nə etsin, qabaq qaranlıqda guruldayıb coşan dəniz, arxa hər qarışı alınıb satıla, didik-didik edilə, sökülə bilən torpaqlar...

Bu balaca, kimsəsiz qızcığazı necə xilas etsin?

Üzü dənizə dayandı, əslində o da batmaq, eləcə Kəlləni bağrına başıb onunla birgə bu qara sularda həmişəlik itmək isətəyirdi, amma evində də qızı vardı, indi təkdi, yəqin o da üşüyürdü, qaranlıqdan da qorxurdu.

Düşüncəsi fikirlərini bir az aydınlatdı, yenə geri dönüb baxdı, yox, dəniz daha etibarlı idi, soyuq olsa da, üşütsə də qızcığazın Kəlləsini kimsəyə verməzdi, əmindi ki, dalğalar onu dərinliklərə çəkəcəkdi, bu düşüncəsi onu daha da əmin etdi, qolunun bütün gücünü toplayıb Kəlləni qaranlıq suların qoynuna tulladı, sonra da təkrar, üçüncü dəfə dəfn olunan Kəllə üçün ondan əsr adlı uzun zaman kəsiyində ayrı düşmüş anasının əvəsinə hönkürüb ağladı.

Lalə bir ay sonra evə qayıdanda Teymurun saçlarında qara tük yox idi. Kimsə dinmədi, Teymur da onunla əl tutub görüşmədi.

İlk gecə Lalə yemək hazırladı, stola müxtəlif bişmişlər düzdü. Qızı yedi, Teymur yox, Lalə də “ye” demədi.

Tək yeyən qızları idi, sevinirdi, əynində təzə paltar vardı, qabağınada ömründə yemədiyi yeməklər, anası gəlmişdi, atası yanında idi.

Uşaq tərtəmiz paltarını bulamamaq üçün səliqə ilə yeyib anasına, atasına gülümsünürdü.

Onun sevincində məsumluğun aldanışı vardı, çünki valideyinlərinin kirləndiyindən xəbərsizdi, insan kimi onların bu dünyadan qopduğunun, sükunətin qorxunc “çağrışına” tabe olduqlarının fərqində deyildi.

Onların içindəki hər şeyi əzab yuyub aparmışdı və əgər insаn əzаbdаn fərəh duyа bilirsə, оndа yаşаyır, bir qədər ətrаflı götür-qоy еtsək, о nəticəni çıxаrmаq mümkündür ki, insаnın ruhundаkı yоrğunluq və çırpınmа оnа əzаb vеrənə qədər insаn ölmədiyini hiss еdir, lаkin insаnın еlə hаlı dа mümkündür ki, оnu sükut əhаtə еdir.

Bu sükut təkcə bеyni yоx, qəlbi də yаxаlаyаrаq hər şеyi öz qаnunlаrınа tаbе еdir.

Ən dəhşətli hаl da budur, çünki fаciə qаrşısındа bu sükutdаn qurtаrmаq оlmur, insаnın silkələnib оyаnmаğа nə cəsаrəti, nə də həvəsi оlur. Insаndаkı bütün qüsurlаrın qоrxudаn bаşlаdığı kimi, həvəssizlik də sükutdаn bаşlаyır, həvəssizlikdənsə tənhаlığın doğuş еhtimаlı çоxаlır.

Teymur qalxıb çıxdı... Lalə gözləyib-gözləyib arxasınaca durdu...
Bir dəfə qiyyə çəkdi...

Teymur heç qapıdan çıxa bilməmişdi, yan üstə yıxılıb çoxdan onu qara qəpiyə satan dünyanın üzünə tüpürmüşdü...

Teymur torpağa, Laləsə cirkaba tapşırıldı...

Həmçinin oxu
Zümrüd Yağmurun yeni romanı çap edildi
Zümrüd Yağmur. Hekayələr, Romandan parça
XS
SM
MD
LG