Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 04:59

Üzeyir bəy Hacıbəyli. Lüğət


Orucluq girәndәn bәridir ki, "Ordan-burdan" yazmaqdan özümü elә bәri ucdan saxlayırdım. Yazmaq istәyirdim, amma ürәyim gәlmirdi. Sözün doğrusu, bәzi әhvalatlar, mәsәlәn, Hacı Cabbar Nәsirbәyovun idarәmizә göndәrdiyi rusca kağızı....

Hacının ramazana bir gün qalmış küçәdә "İrşad" satana acığı tutduğu vә sairә bu günә xatirәdәyәn vә adamı pәrt edәn fәqәrәlәr lap әl-ayağımı yerdәn üzmüşdü. Amma bir tәrәfdәn dә elә "Ordan-burdan" yazmağım gәlirdi ki, axırı gördüm özümü saxlaya bilmirәm. Nә qayırım? Nәfsimә "kәs" deyә bilmәdim, oturdum yazmağa. Sonra dedim barı, heç olmasa, dünya mәsәlәlәrini yazmayım. Qoy, barı, yazdığım elmdәn vә tәnqiddәn-filan olsun ki, bәlkә bir az....

Hә, onu deyirәm ki, bu lüğәt kitabı qayıranlar çox vәdә adamın acığını elә tutdururlar ki, daha nә bilim, nә tәhәr?! Әşi, istәyirsәn bilәsәn ki, mәsәlәn, "hürriyyәti-kәlam" nәdir? Yazır ki, "hüriyyәti-kәlam"--yәni kәlamın hürr almağı. Baxırsan ki, görәk, "hürr" nәdir? Yazır ki, "hürr-hürriyyәt sözündәn çıxan sifәti-sәmaiyyәdir. Başa düşәnin başı yarılsık. Qәrәz, görünür ki, lüğәt qayırmağın tәhәrini bilәn hәlә yoxdur. Amma mәn lüğәt qayırsam, çox yaxşı qayıraram. Hәr sözün mәnasını qandırandan sonra bir vә ya iki timsal gәtirib, sözün mәnasını lap yaxşı qandıraram. Mәsәlәn:

Elan--bir ticarәt xüsusunda qәzetlәrdә yazılan balaca tәrifnamәdir ki, müsәlmanlardan savayı hamı xarici tacirlәr onunla nәfbәrdar olurlar. Bu gün başmaqçı hambarsum qәzetdә bir elan yazdırdı, amma fabrikaçı Mәşәdi Kәrim dedi ki üstümә diri ilan salasan, yenә dә elana bir qәpik vermәrәm.

Millәt-- Bu sözün sair tayfalarda vücudu var, amma müsәlmanlarda tәk bir adı var ki, o quru adı da müsәlman tacirlәri әllәrindә bir rәqabәt alәti, yәni "konkurensiya" qayırıb, mallarını rәvac etmәk istәyirlәr. Odur ki, görürsәn "millәt başmağı", "millәt qarpızı" vә sair bu günә şeylәr satırlar. Qәzetçilәrdәn "Ülfәt" qәzeti müdiri dәxi millәti alәti-rәqabәt qayırmaq fikrindәdir.

İstibdad-- yәni hökumәtin millәti sümürüb süngüyә çәkmәsi. Amma bәzi müsәlman "ülәma"larının tәsәvvürünә görә, istibdad әmin vә asayişә deyәrlәr. Mәsәlәn, İranda istibdad olanda әmin vә asayiş var idi, amma indi hürriyyәt verilib deyibәn, şuluqluq düşübdür.

Əyan-- Böyük adamdır. O adamlardır ki, özlәrindәn bir mәnsәb aşağı olanlara "Dәvә nalbәndә baxan kimi" baxıb, hәmişә xoruldayarlar. Əyan qabağında әl bağlayıb, qul kimi diz üstә oturmaq hәr bir müsәlmana oruc vә namaz kimi vacibdir.

Әtalәt--yәni ... müsәlmançılıq. Bunun tәfsirә ehtiyacı yoxdur.

Edam -- Bir adamı öldürmәk. Bakıda gündә müsәlmanlar bir-iki müsәlmanı edam elәmәsәlәr, kov deyildir, yәni adәtdәn dişarı işdir.

İctima--Bir yerә yığılmaqdır. Amma müsәlman istilahınca, bir yerә yığılıb dalaşmaqdır. Filan ictimada on müsәlmanın başı yarıldı vә doqquz dәfә pişto çәkildi.

İtaәt--Baş әymәk, nökәrçilik. Müsәlmanların qorodovoya itaәti gün-gündәn artmaqdadır. Vә i. a.
XS
SM
MD
LG