Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:29

Üzeyir bəy Hacıbəyli. Sənlə də danışaram


Odunsatan Aslanov dumada odunsatanlara vaqon paylamaq işinә baxan komissiyanın sәdri olan Serebryakovdan upravaya şikayәt edibdir ki, vaqonları düz paylamır; kefi istәyәnlәrә çox vaqon verir, istәmәyәnlәrә az verir.

"Kaspi" qәzeti yazıçılarından İqla adında birisi, görünür ki, Serebryakovun xasiyyәtinә bәlәd deyilmiş ki, Aslanovun şikayәtindәn dolayı cürәt edib Serebryakova sataşıbdır.

Serebryakov haman dәm cәld tәrpәnib bir tәrәfdәn Aslanovu suda veribdir, bir tәrәfdәn dә İqlanı hәdәlәyib deyibdir ki, "vaxtında sәninlә dә danışaram!"

"Kaspi" qәzeti başa düşmür ki, Serebryakov bu "danışaram" sözü ilә nә demәk istәyir. Amma mәn yaxşıca başa düşürәm.

İlqa cәnablarına mәxfi qalsın ki, bu әyyam qoçuluq әyyamıdır, doğrudur, bu qoçuluq "vәhşi" müsәlmanlardan qalma bir şeydir, amma, bu saat qoçuluq sifәti "kulturnı" adamlara da o dәrәcәdә sirayәt elәyib ki, "kulturnı" adamların әn böyüyü hesab olunan Vilhelm bu gün әn böyük qoçulardan biridir.

"Sәninlә dә danışaram!" Bu sözlәrin mәnasını başa düşmәk çәtin bir şey deyildir: "Sәninlә dә danışaram"ın mәnası, әlbәttә, bu deyil ki, sәni tutub üzündәn öpәrәm, ya qonaq çağırıb, toyuq-plov verәrәm.

"Sәninlә dә danışaram"ın üç mәnası ola bilәr:

Ya bu ki, sәni söyәrәm, ya budur ki, sәni döyәrәm, ya budur ki, sәni öldürәrәm.

İndi, bax gör, cәnab İqla, sәn özünü nә sayaq xatalı işә salıbsan.

Sәn ki, bir adama sataşmaq istәyirsәn, әvvәlcә bir fikir elә gör adam dost-aşnalı adamdır, yoxsa yox?! Bax, görünür ki, Serebryakov sataşmalı adam deyilmiş.

İkinciyә qalan yerdә, sәn ki, Serebryakova sataşırsan, yәqin ki, Aslanovun şikayәtinә görә sataşırsan, halbuki Aslanov müsәlmandır vә bu da hәr yerdә qaydadır ki, zamani ki, müsәlman şikayәt elәdi, ona qәhmәr durmaq olmaz. Müsәlman nәdir ki, onun şikayәtinә kömәk dә durasan?

Kadetlәr firqәsi sәndәn min kәrә ağıllı ola-ola, heç otuz milyon müsәlman milәtinin şikayәtinә kömәk durmur ki, müsәlmansınız. Sәn bir nәfәr odunsatla müsәlmanın şikayәtinә kömәk durub, nahaq yerә özünü xataya salırsan.

İndi nә olsun?

Әllәrini qoynuna qoyub, qara fikirlәr edirsәn ki, görәsәn, Serebryakov sәninlә nә sayaq "danışacaq"dır?!

Özgә әlacın yoxdur: ya get şarlatan oğluna fala baxdır ki, görәk, sәnin ölümün kimin әlindәdir, hәr gah fala inanmırsansa, get, şam yandır vә nәzir elә ki, Serebryakov sәni söysün, döysün, ancaq öldürmәsin. Nәzirә etiqad elәmirsәnsә, get paradnı paltarını gey, hәr nә nişan vә medalın varsa tax, altı manatdan keçib, bir avtomobil tut, min vә sürdür Serebryakovun qapısına. İçәri girәn kimi әlayağına düş, yalvar, yaxar, tövbә elә, deyinәn ki, "Atam belә, anam belә, bir dә mәn sәnә sataşmağa cürәt elәsәm, hәr nә bilsәn elә, ancaq bu sәfәr mәni bağışla. Bilmәmişәm, sәni tanımamışam, tәqsirim var, keç!" -- deyib hönkürә-hönkürә ağla.

Belә güman edirәm ki, bu cürә elәsәn Serebryakov nә qәdәr qatı ürәkli adam olsa da, sәnin tәqsirindәn keçәr. Ondan sonra qayıt evә, bir dә sәn ol, tanımadığın adamlara sataş vә ya müsәlman şikayәtinә kömәkdur, vay sәnin halına.
XS
SM
MD
LG