Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:11

Üzeyir bəy Hacıbəyli. Türkiyədə "Azadlıq"


Amma raviyani-әxbar vә naqilani-asar vә tutiyani-şәkkәrşikәn, şirin köftar belә rәvayәt elәyirlәr ki, sayeyi-mәrhәmәti Әbdülhәmidisanidә Osmanlı mәmlәkәti-pürsәadәtinin "tәrәqqi vә tәalisi" hәr bir cәhәtcә ilbәil, günbәgün, saatbasaat artmaqda olub, bütün alәmi-bәşәri müstәğrәqi-bәhri heyrәt ediyor! Tәrәfi-hümayundan lütf әta qılınmış "hürriyyәt" sayәsindә mәmlәkәtin "mәdәniyyәti-tamә" vә mәrifәti-amәsi xüsusunda görüb eşidәnlәr and içirlәr ki ... daha nә bilim, nә tәhәr!!!.

"Hürriyyәtә"i-şәxsiyyә sayәsindә mәmlәkәtdә gәliş-gediş, übur-mürur, xüruc-düxul, apar-gәtir, hәbsә sal, başını kәs, boğazın üz, çarmıxa çәk, daşa çәk, filan elә, bәhmәn elә, getdikcә tәrәqqi edir, çoxalır vә getdicә artıb başdan aşmağa qәdәm qoymaqdadır.

"Hürriyyәti-mәtbuat" sayәsindә cürbәcürә әrizәlәr, danoslar, mәxfi hökmlәr, gizli әmrnamәlәr, xәlvәt kağızlar, pünhan fәrmanlar mәmuruni-qәyurun әllәrindә fır-fır fırlanmaqdadır.

"Hürriyyәti-ictima, vә ittifaq sayәsindә, hәtta, itlәr, köpәklәr vә hamısından çox cәsuslar, xәfiyyәlәr, şipionlar, şeytanlar "dәrsi-sәadәt" darülxilafә adlanan İstambulun küçәsindә, bazarında, küncündә, tinindә, döngәsindә, rahında, güzәrgahında, dalında, qabağında, meydanında, içindә, çölündә, yuxarısında, aşağısında, daxilindә, xaricindә, әndәrununda, birununda, sәf-sәf olub, ayaq altında pilәsәk vururlar. O sәbәbdәndir ki, hәzrәtlәri mәmlәkәtin bu günә tәrәqqi vә tәalisini görüb, fikir edibdir ki, mәbada әcnәbi müsәlmanlar bu "tәrәqqi"dәn xәbәrdar olub, bizә "meşat" elәyәlәr. Ona görә bütün tacirlәri, sәnәtçilәri, işçilәri, kitabçıları, qәrәz, hәr bir sövdәgәri nәzdi-humayuna çağırıb buyurubdur ki, olmaya-olmaya ki, әcnәbi müsәlman qәzetlәrindә elan-filan yazdırasınız ki, İstambulda filan şey satılır vә illa, çap etsәniz, sizin hamınızı tutub sәrazir, qәri-zәmin edәrәm (yәni yerә soxaram).

Ona görә bizә İstambuldan yazırlar: Müdiri-möhtәrәm, sәn olasan, sәni yaradan, bizim filan elanı qәzetinizdәn çıxarıb, mәnim canımı qurtarasınız. Cәhәnnәm, qoy, mәnim ticarәtim kasad olsun, tәki başım bәdәnimdә baqi qalsın! Cәhәnnәm, qoy, mәnim malım intişar tapmasın, tәki üzüm hәbsxana görmәsin! Cәhәnnәm, qoy, mәtaım satılmayıb qalsın, tәki xәfiyyәlәr mәni didә nә didәnә salmasınlar! Cәhәnnәm! Cәhәnnәm! Cәhәnnәm!
XS
SM
MD
LG