Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:59

«İndiki məqam həmin məqamdır...»


Kənan Aslanlı
İqtisadçı-ekspertlər Kənan Aslanlı və İlham Şaban bu barədə fikirlərini bölüşürlər.

Kənan Aslanlı:

«Problem məhz bu neft-qaz gəlirlərinin və resurs sektorunun gəlirlərinin paradoksallığındadır. Bir tərəfdən, pozitiv gözləntilər ondan ibarət olur ki, bu ölkənin inkişafında pozitiv rol oynaya bilər. Digər tərəfdən isə, reallıqda bu gözləntilər özünü doğrultmadıqda, bu, hansısa sosial gərginlik mənbəyinə çevrilə bilər. Neft-qaz gəlirləri sosial gərginliyə çevrilməsinin 3 əsas kanalını qeyd etmək istəyirəm. Birinci sırf endogen kanaldır. Yəni, ölkənin daxilində baş verən proseslərlə bağlıdır. Hər hansı bir hökumət neft-qaz gəlirləri hesabına tədricən güclənir və bir qədər bütün alternativ sektoru öz patronajlığı altına almağa meylli olur. Eyni zamanda, bu, korrupsiya və mülkiyyət hüququnun pozulması ilə müşayiət olunur. Beləliklə, narazı elektorat getdikcə çoxalır və sosial gərginlik burda yaranır. İkincisi ekzogen kanaldır. Xarici faktorlarla bağlı kanaldır. Üçüncü kanal isə bir qədər qarışıq kanaldır. Xarici və daxili amillərin sintezindən ibarətdir. Bu da ondan ibarətdir ki, neft-qaz gəlirlərinin getdikcə azalması ölkədə lazımi qədər diversifikasiya aparılmayıbsa, iqtisadi artım tempini səngidir. Bu da öz növbəsində, insanların istehlak qabiliyyətinə, gəlirlərinin səviyyəsinə təsir edir».

İlham Şaban:

«Azərbaycanda neft-qaz gəlirlərinin sosial gərginliyə keçidini mən 2009-cu ildə müşahidə etməyə başladım.
İlham Şaban
2008-ci ilin neft qiymətinin artımına baxsaydıq, ölkədə əməkhaqqı artırdı, iş adamları varlanırdı, insanların alıcılıq qabiliyyəti yüksək idi. Ancaq 2009-cu ildən sonra birdən birə bazarda, xüsusən daşınmaz əmlak bazarında səngimədən sonra indi də neftin qiyməti sürətlə artır. Ancaq bazarda nə canlanma var, nə insanların gülərüzlüyü var. Bu, ilk növbədə onunla bağlıdır ki, dövlət varlandıqca, dövlətlə onun vətəndaşları arasında olan mülkiyyət mübahisələri çox kəskin yüksək artımla artır».

Kənan Aslanlı
:

«Ümumilikdə, neft şirkətləri stabillikdə maraqlı olsalar da, burda bir istisna təşkil edən zaman kəsimi var ki, o periodda neft şirkətləri stabillikdə maraqlı olmurlar. Bu da yeni yataqlar üzərində danışıqlar gedən perioddur. Saziş imzalandıqdan sonra stabillikdə maraqlı olurlar ki, stabillik olsun, mən neftimi çıxarım. O vaxt ki yeni yataqlar, yeni rezervlər haqda informasiyalar verilir, artıq bir qədər o şirkətlərin də gözləntiləri artır. Bu periodda bir qədər destabillik ola bilər. Eyni məsələnin Azərbaycanda da tətbiqi mümkündür. İndiki məqam həmin məqamdır...».

XS
SM
MD
LG