Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Bəxtiyar Hacıyevin işi üzrə hazırlıq iclası davam edəcək


Aprelin 8-də Gəncənin Nizami rayon məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə hazırlıq iclası davam edəcək. Dünəndən iclas yarımçıq qalıb.

Bəxtiyar Hacıyev qanuni əsas olmadan hərbi xidmətdən yayınmaqda ittiham olunur.

Onun barəsində martın 4-də 1 aylıq həbs qətimkan tədbiri seçilib, həmin müddət aprelin 4-də başa çatıb. Amma həmin gün vəkillərin iştirakı olmadan keçirilən məhkəmədə həbs müddəti daha 3 gün uzadılıb.

Aprelin 7-də prosesdə Bəxtiyar Hacıyev bildirib ki, «istənilən qərara hazırdır».
XS
SM
MD
LG