Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:21

İctimai Palata «hakimiyyət dəyişikliyi olmazsa olmaz» dedi


İctimai Palata
İctimai Palata
«2 aprel aksiyasının ən böyük nəticəsi ondan ibarət oldu ki, həm xalq, həm də bütün dünya gördü ki, Azərbaycanda böyük bir çoxluq bu hökuməti istəmir. Azərbaycanda böyük bir çoxluq dəyişiklik istəyir və hökumətin sosial dayaqları yoxdur. Onun Azərbaycanı, hakimiyyəti tərk etməsi zaman məsələsidir, amma olmazsa olmaz məsələsidir».

Bunu aprelin 9-da İctimai Palatanın yığıncağında çıxış edən AXCP sədri Əli Kərimli deyib.

Toplantıda İctimai Palataya yeni üzvlərin qəbulu təsdiqlənib, 17 aprel mitinqinə hazırlıq məsələləri müzakirə olunub.

Ə. Kərimli aprelin 8-də Qərb diplomatları ilə görüşə toxunaraq bildirib ki, dünyanın diqqətini Azərbaycan cəlb etməyin yolu mübarizədən keçir:

«DEMƏLİ, DÜNYA DA BİZDƏN HƏRƏKƏT GÖZLƏYİR»

«2 aprel aksiyasından sonra ATƏT-in Bakı ofisi, ATƏT-in Vyanadakı Daimi Şurası, ATƏT-in sədri, Avropa Birliyi, ABŞ Dövlət Departamenti səviyyəsində ölkədəki insan haqlarının pozulmasına sərt münasibət, adekvat münasibət bildirilir. 2 aprelin bizim üçün çıxardığı başqa bir nəticə elə bundan ibarətdir. Biz bəzən şikayətlənirik ki, niyə bizim ölkəmizdəki bu rejimə münasibət adekvat deyil. Deməli ki, dünya da bizdən hərəkət gözləyir. Biz meydanlarda göstərəndə ki, mübarizəyə hazırıq, dünya da səsini ucaldır».

Sessiyadan əvvəl bir qrup hökumətyönlü gənc Müsavat Partiyasının qərargahı qarşısında aksiya keçirib
İctimai Palata növbəti dəfə etiraz aksiyasını aprelin 17-də keçirməyi planlaşdırır. Müsavat başqanı İsa Qəmbər bildirib ki, 9 aprel də azadlıq uğrunda mübarizənin tarixi günlərindən biridir:

İCTİMAİ PALATA 9 APRELİ UNUTMUR

«1989-cu ilin 9 aprelində o zamankı mürtəce kommunist sovet rəhbərliyi Tbilisidə azadlıq uğrunda mübarizə aparan insanları qətlə yetirdi. Bu günü biz unutmuruq».

İctimai Palataya müxalifət partiyalar, parlamentə düşə bilməyən keçmiş namizədlər və ictimai fəallar daxildir.

Palatanın 9 aprel sessiyasından əvvəl bir qrup hökumətyönlü gənc Müsavat Partiyasının qərargahı qarşısında aksiya keçirib. Müxalifət liderlərini tənqid edən şüarlar səsləndiriblər. Polisin müdaxiləsindən sonra aksiya dayandırılıb.

Gənclərin aksiyası və İctimai Platanın iclası
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00
Direct-ə keçid
XS
SM
MD
LG