Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Dissidentlər klubu


Hikmət Hacızadə
Hikmət Hacızadə
«Azərbaycanda Brejnevin Sovet dövrü hökm sürür. Bizim siyasi landşaft azacıq Rusiyadakına bənzəyir. Yəni, partiyaların kabusu qalıb, necə ki, Rusiyada vaxtilə «Yabloko», onun parlamentdə hansısa adamları vardı və s. İndi sanki, dissidentlər klubu qalıb. Məhz Azərbaycan müxalifəti də bu vəziyyətdədir. Onlar yalnız mənəvi çağırışlarla cəmiyyətə necəsə təsir etməyə çalışırlar».

Bunu «Qafqaz Qovşağı» verilişində «FAR» İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə deyib. O, müxalifətin aksiyalarına toxunaraq bunu «qəhrəmanlıq» adlandırır:

«BU ADAMLAR GÖZLƏYİRLƏR Kİ, ÇIXACAQLAR VƏ ONLARI HƏBS EDƏCƏKLƏR. Elə bu, da baş verir».

Gürcüstandan müstəqil ekspert Vladimir Papava isə ölkəsindəki müxalifəti belə qiymətləndirir:

«Gürcüstanda müxalifət iki qrupa ayrılır. Birinci qrup daha radikallardır və inqilabi dəyişikliklər istəyir, hökumətin də inqilab yolu ilə dəyişməsində təkid edirlər. İkinci qrupa isə konstruktiv müxalifət daxildir, onlar hökumətlə seçki qanunvericiliyinin yaxşılaşdırılması istiqamətində əməkdaşlıq edirlər».

Vladimir Papava
Ekspert deyir ki, HÖKUMƏT MÜXALİFƏTİ TƏCAVÜZKAR, CIĞIRMAQDAN BAŞQA ƏLİNDƏN İŞ GƏLMƏYƏN BİR QÜVVƏ KİMİ GÖRMƏK İSTƏSƏ DƏ, REALLIQDA BU, BELƏ DEYİL:

«8 nüfuzlu partiya birləşərək seçki mühitinin dəyişdirilməsi üçün konstruktiv rejimdə çalışır... Onlar qanunvericilik və müvafiq proseslərin təkmilləşdirilməsi istiqamətində işləyirlər. Onlar qətiyyən çığırtı-bağırtı salan deyil...».

Verilişə Yerevandan qoşulan müxalif Ermənistan Milli Konqresinin mətbuat katibi Arman Musinyan isə ölkəsində vəziyyətin Gürcüstandan fərqləndiyini deyir:

«Birinci prezident Levon Ter-Petrosyanın böyük siyasətə qayıdışından sonra SİYASİ MƏKAN «QARA-AĞ» OLUB. Buna qədər hökumət saxta müxalif qüvvələr vasitəsilə cəmiyyətin düşüncəsini dumanlandırırdısa, Levon Ter-Petrosyanın qayıdışından sonra müxalifət qüvvələrinin birləşməsi baş verdi... Prezident seçkisindən 3 il keçsə də, 18 partiyadan heç biri Ermənistan Milli Konqresindən çıxmayıb...».

XS
SM
MD
LG