Bu ilin Novruz ərəfəsində ABŞ-ın Los- Anceles şəhərindəki klinikalardan birində Azərbaycanın tanınmış opera müğənnilərindən olan Sona Aslanova 87 yaşında həyata göz yumdu. Xəbər tez yayıldı və Sona xanım ölümü ilə Vətəndə təkrar yada düşdü. Kim idi Sona Aslanova? Niyə Vətəni tərk etmişdi? Yad ölkədə necə yaşayırdı? Belə şöhrətli müğənni niyə ömrünün sonunu ancaq doğmalarının arasında başa vurdu? Sona xanım nədən cəsədinin yandırılmasını istəmişdi? Azərbaycan dövləti niyə ona sahib çıxmadı?
AzadlıqRadiosunun İz proqramı Sona Aslanovaya həsr olunmuş “Ovsunçu xanım” dastanında bu suallara cavab tapmağa çalışıb. “İz”in bələdçisi Amerika-Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Gülbəniz Arifqızıdir.
- Gülbəniz xanım, ötən ay AzadlıqRadiosunun Qaynar xəttinə zəng edib Sona Aslanova haqqında fikirlərinizi bildirmisiniz. Lütfən söyləyin, dinləyicilərimiz də bilsin, sizi nə narahat edirdi?
- Los Ancelesdə yaşayan dünya şöhrətli (mən qəsdən bu ifadəni işlədirəm, çünki qeyri-adi istedada malik sənətkar idi) Sona Aslanovanın ölümüylə bağlı Azərbaycan xalqına məlumat vermək istəyirdim. Təəssüf ki, bu mümkün olmadı.
CƏNAZƏNİN BAKIYA APARILMASINI İSTƏYİRDİK
- Verdiyiniz telefonla sizə bağlanmaq mümkün olmadı...Başqa vasitəylə sizi tapdıq. Məncə, yenə gec deyil...
- Elədir. Aprelin 17-si Sona xanımın qırxıdır. AzadlıqRadiosuna bağlanmaq istəməyimizin məqsədi o idi ki, Azərbaycan rəhbərliyi Sona xanımın cənazəsini Vətənə aparsın. Təəssüflər ki, buna nail ola bilmədik. Bakıdan heç bir xəbər çıxmadı...
- Gülbəniz xanım, Azərbaycan mediası Sona xanımın cəsədinin yandırılacağı xəbərini yaydı. Amma deyəsən faydası olmadı...
- Təəssüf ki, Sona xanım ona olan laqeyd münasibəti bildiyi üçün bu vəsiyyəti etmişdi. Biz bunun əyani şahidi olduq. İnformasiya agentliklərinə xəbər versək də, bu günə qədər nə mədəniyyət nazirliyindən, nə vaxtilə çalışdığı Konservatoriyadan, nə də çıxış etdiyi Filarmoniyadan bir nəfər də olsun bu Ailəyə başsağlığı vermədi. Bu, biz qürbətçiləri çox narahat etdi.
- Siz Sona xanımla eyni şəhərdə yaşayırdınız?
- Yox, Sona xanımın yaşadığı Los- Ancelesə yaxın bir şəhərdəyəm. Amma onunla daima görüşərdik. Çünki mən bura gələndən—1997-ci ildən onunla tanışıq.
AZ QALIRDI AĞLASIN...
- Lütfən söyləyin, Sona xanımla necə tanış oldunuz?
- 1997-ci ildə ilk dəfə Los Ancelesə Amerika- Azərbaycan Dostluq Cəmiyyətinin xətti ilə Azərbaycan dilində veriliş yaratmaq məqsədi ilə gəlmişdim. Burada beynəlxalq kanal fəaliyyətdədir (Kanal-18), 6 milyon tamaşaçısı var. Martın 22-də öz dilimizdə ilk proqram efirə gedəndə, mənə çoxlu zəng gəldi. İlk zəng edənlərdən biri də Sona xanım idi. Beləcə, tanış olduq. O qədər həyəcanlı idi ki, az qalırdı ağlasın. Elə o vaxtdan ömrünün sonuna kimi onunla əlaqə saxladım. Çox yaxın olduq. Tez-tez görüşürdük.
MƏNƏVİ ANAMIZ İDİ
- Sona xanım nədən ABŞ-a köç etmişdi?
- İki oğlu vardı- Cahangir və Rüfət. 1992-ci ildə oğlanlarından biri Green-kart udub ABŞ-a yerləşmişdi. Sonra o biri qardaşı da gəldi. Sona xanım da övladlarına bağlı ana idi. Övladlarının ardınca ABŞ-a gəliblər. Və Azərbaycanla bütün əlaqələri o vaxtdan kəsilib. Burada olduğu müdddətdə heç kəs onunla maraqlanmadı. Sona xanım qeyri- adi istedada malik insan idi. İnanıram ki, o gənc vaxtlarda Amerikaya gəlsəydi və onun səsini gərəkli yerlərdə dinləsəydilər hər şey başqa cür olardı. Çünki bu yaşda da səsini saxlamışdı. Bir də Sona xanım olduqca mədəni, həyat dolu bir qadın idi. Azərbaycanı çox sevərdi. Hamımıza mənəvi ana idi. Sevincimizə sevinərdi, kədərimizə kədərlənərdi. Hara getsəydik, orada Azərbaycan mahnılarını ifa edərdi. O qədər müsbət enerji var idi ki, heç kəs haqqında pis danışmazdı, qəlbinə dəyməzdi. O bizə ruh verərdi. Odur ki, ona qarşı olan laqeydlik bizi narahat edib. Təəssüf ki, rəhbəri olduğum təşkilatdan başqa heç kəs- nə buradakı Azərbaycan Cəmiyyəti, nə də səfirlik onunla maraqlanmayıb. Hələ də başa düşə bilmirəm ki, o cür böyük sənətkarın ABŞ-da yandırılmasına bizim dövlət necə baxdı?.. Burda bir erməni müğənni ölmüşdü. Bütün şəhəri ayağa qaldırmışdılar. Halbuki, adi oxuyan idi.
- Sona xanım sağlığında bu soyuqluğu necə qarşılayırdı?
ÜZEYİR BƏY ONU AYAQÜSTƏ ALQIŞLAYIB
- Onun qəlbində bir inciklik var idi. Amma o qədər qürurlu idi ki, incikliyini büruzə verməzdi. Sona xanımın məndə çoxlu lent yazıları var. Harada görüşsəydik, onu qeydə alardım- video kamerayla, fotoaparatla. Belə bir adamla yaxın olmaq mənim üçün böyük fəxr idi. Yəqin görmüsünüz, onu konsertdə Üzeyir Hacıbəyov ayaqüstə alqışlayır. Sona xanımı səhnəyə Üzeyir bəy özü gətirmişdi. O bizim nadir incilərimizdəndi. Amma həmişə deyərdi ki, hərdən Bakıya zəng edirəm, qohumlar deyəndə ki, sənin bir ariyanı televizorda eşitdik, elə bil mənə dünyanı verirlər. Demək, mən xalqın yaddaşındayam. Məni sənət yaşadır. Amma mən incikliyi hiss edərdim.
- Bəs siz bu barədə heç yerə müraciət etməmişdiniz?
- Azərbaycan- Amerika Qadınlar Cəmiyyəti qurulandan- 1997-ci ildən dövlət təşkilatlarına 6 rəsmi məktub göndərmişdik ki, heç olmasa ömrünün sonunda ona xalq artisti adı verilsin, yaradıcılıq gecəsi keçirilsin. Prezident Aparatına, Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə göndərdiyim məktubların surətləri və poçt qəbzləri məndə durur. 2007-ci ildə nazirlikdən məktub aldım ki, məktubunuz çatıb, adların verilməsi Prezident Aparatının səlahiyyətindədir, biz sənədi ora göndərəcəyik və sizə xəbərdarlıq edəcəyik. Amma 4 il keçib, heç bir tədbir görülməyib...
BAKIYA GETMƏK İSTƏYİRDİ
- Sona xanım ömrün qürubunda hansı ovqatda idi, necə yaşayırdı?
- Artıq yaşlaşmışdı. Burada da yaşlı insanlara dövlət qayğısı var. Kömək edirlər. Müəyyən bina var ki, orada yaşlılar yaşayırlar. Bu, qocalar evi deyil. Sona xanım həyat yoldaşı Kamal müəllimlə orada yaşayırdı. Son vaxtlar yıxılıb zədə almışdı. Dövlət ona köməkçi də vermişdi. Çox sadə yaşayırdı. Sona xanımın bir arzusu vardı- Bakıya getmək istəyirdi...
- Kim idi həyat yoldaşı?
- Kamal müəllim II Dünya Müharibəsinin iştirakçısı olub. Səhv etmirəmsə, vaxtilə Layihə İnstitutunun direktoru işləyib. Mədəni bir adamdır. Sona xanımın sənətinin pərəstişkarıdır. Son ana qədər Sona xanımın yanında idi. Həmişə maşınında Sona xanımın səsinə qulaq asardı. Bir sözlə, Kamal müəllim cavanlara örnək ola biləcək bir həyat yoldaşı olub.
BAKI ÜÇÜN BURNUMUN UCU GÖYNƏYİR...
- Sona xanımın oğlanları necə yaşayır? Onların analarına kömək imkanı olub-olmayıb?
- Bilirsiniz, bura kapitalist ölkəsidir. Gəlmələr müəyyən problemlə üzləşirlər. Yaxşı dil bilməyəndə, iş də tapmaq asan olmur. Böyük oğlunun iki qızı var, ali təhsil alırlar, qazandığını övladlarının təhsilinə xərcləyir. Kiçik oğlunun övladı da ABŞ hərbi hissəsində qulluq edirdi. Bir neçə il öncə İraqa göndərildi və şəhid oldu. İndi anası onun haqqında film çəkir. Yəni vəsaitlərini oğlanlarının həyatı barədə filmə sərf elədilər. Sona xanım və əri bu ölkədə dövlət hesabına yaşayırdılar. Oğlanlarının imkanı yox idi ki, onları Bakıya aparsın və s. Burada qəbir almaq üçün 15-20 min dollar lazımdır. Odur ki, Sona xanım heç kəsə qıymadığı üçün, yandırılmasını istəmişdi. Amma mən bilirəm ki, o bunu ürəkdən arzulamamışdı... Hər dəfə ondan soruşanda ki, Bakıya getmək istərdinmi? Deyərdi ki, burnumun ucu göynəyir.
XƏZƏR SAHİLİNDƏ TONQAL QALAMAQ İSTƏYİRDİ...
- Ən böyük arzusu o idi ki, Xəzərin qırağında tonqal qalasın... Konsert verdiyi yerlərə baş çəkmək istəyirdi. Məni ən çox üzən odur ki, indiyədək Amerikada olan diasporlarımız da onunla maraqlanmayıb. Heç kəs! Hətta “biz 52 ildir yaranmışıq”-deyən təşkilatlar da! Biz bir dəfə yığışıb ona yaradıcılıq gecəsi təşkil etmək istədik, onda da təsadüf elə gətirdi ki, Sona xanım özünü pis hiss elədi... Çox istəyirdik ki, bu tədbiri keçirək. Dədfələrlə Los-Ancelesdəki Azərbaycan konsulluğuna məlumat versək də, kömək görmədik. Sanki Azərbaycanda belə bir sənətkar olmayıbmış. O niyə belə yaddan çıxmışdı, indiyədək də anlaya bilmirəm. O adi bir adam deyildi ki, unudulsun. Ömrünün ən gözəl illərini Azərbaycanı tanıtmaqla keçirmişdi. 15-ə qədər filmdə çəkilmişdi. Qızıl Fondda 50-dək səsyazısı qorunur. Konservatoriyanın professoru idi. 50-ci illərdən əməkdar artist adını almışdı. Bu qədər xidmətlərdən sonra onu necə unutmaq olardı? Maraqlıdır ki, Mədəniyyət Nazirliyi adi başsağlığı da vermədi. Azərbaycandan cəmi iki nəfər başsağlığı verib. Şair Vaqif Səmədoğlu və müğənni Flora Kərimova. Mən hər ikisinə təşəkkürümü bildirirəm. Vəssalam. Hanı bizim Mədəniyyət Nazirliyimiz, hanı Filarmoniya, hanı Konservatoriya?
APRELİN 17-Sİ QIRXIDIR
- Gülbəniz xanım, verilişi bitirmək üzrəyik. Son olaraq nə demək istərdiniz?
- Aprelin 17-si Sona xanımın qırxıdır. Görək, ailəsi nə qərara gəlir? Külünü Sakit okeanamı tökəcəklər, yoxsa Xəzər dənizinəmi? Bəlkə, bu bir şüşə külə Azərbaycanda Fəxri Xiyabanda kiçik yer versinlər?
- Məncə, sonuncu variant daha doğrudur...
- Əsas variantı eləmədilər. Dedilər bayramdır, başqarışıqdır. Görək, indi ailəsinə nə deyəcəklər? Mən həmişə deyirəm ki, Vətəni sevmək üçün Azərbaycanda yaşamaq vacib deyil. İnsan uzaqda olanda Vətənə daha çox bağlanır. Sona xanım da Vətən sevdalısıydı. Ömrünü Azərbaycan sənətinin yolunda qoymuşdu. Etdiyi xidmətlərin qarşısında cüzi də olsa, onun əvəzini qaytarmaq lazım idi. Biz dostlar onun ailəsindən 10 gün cənazəni saxlamağı xahiş etdik. Hər gün ailə xəstəxanaya nə qədər pul ödədi. Amma təəssüf ki, Azərbaycanda hara müraciət etsək də müsbət cavab ala bilmədik...