Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:01

Fukusima-Daiçidə təhlükənin səviyyəsi 5-dən 7-ə artırılır


Yaponiyanın Fukusima-Daiçi atom elektrik stansiyasında təhlükənin səviyyəsi 5-dən 7-ə artırılır. Buna Yaponiya nüvə təhlükəsizliyi agentliyinin radiasiya analizi səbəb olub.

Bu, indiyə kimi nüvə obyektlərində qeydə alınan ən yüksək təhlükə səviyyəsidir. Buna qədər ancaq 1986-cı ildə Çernobıl atom elektrik stansiyasında qəza 7 ballıq təhlükə ilə qiymətləndirilmişdi.

Martın 11-də Yaponiyada baş verən 9 ballıq zəlzələ, daha sonra sunami nəticəsində Fukusima-Daiçi atom elektrik stansiyasının reaktorlarının soyutma sistemləri sıradan çıxıb.

Aprelin 12-də reaktorlardan birində yanğın olub. Rəsmilər artıq yanğının aradan qaldırıldığını bildirib.

Bu arada bu gün Yaponiyanın şərqində yenidən 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Dağıntı və xəsarətlər barədə məlumat yoxdur. Sunami təhlükəsi də elan olunmayıb.
XS
SM
MD
LG