Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı Bakı Dövlət Universitetini məhkəməyə verməyə hazırlaşır. Hazırda həbsdə olan T. Abbaslı 3 kəsiri olduğuna görə universitetin jurnalistika fakültəsindən xaric olunub.
Vəkili Anar Qasımov AzadlıqRadiosuna bildirib ki, aprelin 13-də Turalla görüşərək, xaric olunması xəbərini ona çatdırıb:
«O, hesab edir ki, universitetdən çıxarılması siyasi fəaliyyəti ilə bağlıdır. Hələ ki, qərarı almamışam, alandan sonra məhkəməyə müraciət edəcəyik».
Tural Abbaslı aprelin 2-də İctimai Palatanın Bakıda keçirdiyi aksiya zamanı həbs olunub, barəsində 2 ay müddətində həbs-qətimkan tədbiri seçilib.