Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:41

İsa Qəmbər: «Bizim həbs edilməyimiz problem deyil»


Müsavat başqanı altı saatdan çox dindirildi
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00
Direct-ə keçid

Aprelin 15-də səhər saat 11-dən Bakı şəhər Baş Polis İdarəsinə çağırılan Müsavat Başqanı İsa Qəmbərin izahatının alınması 6 saatdan çox çəkib.

«Qanuni mitinq keçirmək hüququmuz cinayət hesab edilirsə, bizi həbs etsinlər. Biz bu mübarizənin önündə gedirik və bizim həbs edilməyimiz problem deyil» – bunu Müsavat başqanı İsa Qəmbər siyasi partiya liderlərinin son zamanlar həbs edilməsi təhlükəsinə münasibət bildirirkən deyib.

Aprelin 15-də səhər saat 11-dən Bakı şəhər Baş Polis İdarəsinə çağırılan Müsavat Başqanı İsa Qəmbərin izahatının alınması 6 saatdan çox çəkib.

Onu Baş Prokurorluqda 2 aprel mitinqi ilə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fariz Həsənəliyev dindirib. Müsavat başqanı dindirilmənin bu qədər çox çəkməsini verilən sualların həddindən çox olması ilə izah edib.

Müsavat başqanı İsa Qəmbərdən başqa İctimai Palatanın mitinq komissiyasının üzvləri, AXCP sədrinin köməkçisi də Baş Polis İdarəsində dindiriliblər.
XS
SM
MD
LG