Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 17:53

ATƏT ANS-in yayımının bərpasını alqışlayır


ATƏT inanır ki, tezliklə bağlı tender şəffaf və ədalətlə keçiriləcək
ATƏT inanır ki, tezliklə bağlı tender şəffaf və ədalətlə keçiriləcək
Dekabrın 12-də ATƏT-in Bakı Ofisi və bu təşkilatın Mətbuat Azadlığı üzrə nümayəndəsi Miklos Haraşti ANS TV və ANS ÇM radiosunun yayımının bərpası ilə bağlı birgə bəyanat yayıblar. Bu barədə «Azadlıq» radiosuna ATƏT-in Bakı Ofisinin Siyasi və Mətbuat Məsələləri üzrə müşaviri Ülvi Axundlu məlumat verib. Onun sözlərinə görə, sənəddə Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS TV və ANS ÇM radiosunun yayımının bərpası ilə bağlı dekabrın 11-də çıxardığı qərar alqışlanır.

İctimaiyyətin istəyi nəzərə alınaraq verilən bu qərar MTRŞ-ın siyasi çeviklik göstərməsi kimi dəyərləndirilir: «Biz başa düşürük ki, ANS-in yayımının bərpasına icazə heç bir şərt irəli sürülmədən verilib. Və ümid edirik ki, bunun təsdiqi kimi kanalın tam müstəqilliyi və dəsti-xətti, bu günə qədər şahidi olduğumuz üslubu, redaksiya xətti dəyişməz qalacaq».


Sənəddə həmçinin ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Miklos Haraşti ümid edir ki, 2007-ci ilin fevral ayında tenderin nəticələri araşdırılarkən plüralizm və Azərbaycan ictimaiyyətinin artıq özünü göstərən seçimi nəzərə alınacaq: «Bu tender şəffaf və ədalətlə keçiriləcək»


Cənab Axundlu deyir ki, ATƏT-in Bakı Ofisi ANS və Azərbaycanda verilişləri yayımlanan xarici radiostansiyaların son vaxtlar üzləşdiyi çətinlikləri indiyə qədər nəzarətdə saxlayıb. Baş verənlər bundan sonra da izlənəcək.


XS
SM
MD
LG