Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:52

Vəkili Fərhad Əliyevin səhhətində problemlərin davam etdiyini deyir


Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev
Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev

«Fərhad Əliyevin səhhətində problemlər davam edir, onun artıq gözlərinin altı da qaralıb. Keçmiş nazir böyrək və ürək ağrılarından və qan təzyiqindən şikayətlənir». Bunu «Azadlıq» radiosuna dekabrın 13-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanan sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə görüşən vəkil Ramiz Məmmədov deyir. Cənab Məmmədov yada salır ki, hələ ötən həftə MTN-in İstintaq İdarəsinin rəhbəri Eldar Əhmədova müraciət edərək, F.Əliyevin təcridxanadan müalicə müəssisəsinə köçürülməsini xahiş ediblər. Ancaq onun sözlərinə görə, hələ ki, bu müraciətə cavab verilməyib.


Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs edilib.


XS
SM
MD
LG