Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:41

«21 Azər» Təbriz və Urmiyədə qeyd edilib


Milli və mədəni cəmiyyətlər hər il «21 Azər»i bayram kimi qeyd edirlər, Təbriz, 12 dekabr 2006
Milli və mədəni cəmiyyətlər hər il «21 Azər»i bayram kimi qeyd edirlər, Təbriz, 12 dekabr 2006
Dekabrın 12-də İranın Azərbaycan şəhərlərində «21 Azər» günü qeyd edilib. Eyni zamanda, 1945-ci il Azərbaycan Firqəsi və onun rəhbəri Mir Cəfər Pişəvərinin verdiyi bəyanat elan vərəqələrində yayılıb və küçə divarlarına vurulub.

«Amerikanın səsi»nin verdiyi məlumata əsasən, Təbriz və Urmiyədə axşam saatlarında atılan bayram fişəngləri polis və xüsusi təyinatlı dəstələri ayağa qaldırıb. Alınan son məlumata əsasən, Mərənd şəhərində məktəbləri vaxtından əvvəl tərk edib bayram şənliklərinə qoşulan dörd tələbə nəzarət altına alınıb.


1945-ci il 12 dekabr, yaxud İran təqvimi ilə deyilsə, Azər ayının 21-i İran Azərbaycanında ilk milli hökumət yaranmışdı. Bu tarixi hadisənin ildönümü Azərbaycan Respublikası və İranda Azərbaycan təşkilatları tərəfindən müxtəlif tədbirlərlə qeyd edilir. Lakin İran hökuməti bu mərasimin rəsmi şəkildə keçirilməsinə mane olur, iştirakçılarını təqib-təzyiqlərə məruz qoyur.


Buna baxmayaraq, İrandakı Azərbaycan tələbə təşkilatları və gizli fəaliyyət göstərən milli və mədəni cəmiyyətlər hər il bu haqda bəyanat verərək «21 Azər»i bayram kimi qeyd edirlər.


XS
SM
MD
LG