Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların «Azərbaycanın ərazi bütövlüyü çərçivəsində» aparılması barədə Azərbaycan prezidenti İlham Əliyevin bəyanatını təkzib edib. Bu barədə o, Ermənistanın «N2» telekanalına müsahibəsində bildirib. Cənab Oskanyanın dediyinə görə, İ.Əliyevin sözləri həqiqətə uyğun deyil.