Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:52

Brejnev Rusiyada populyarlığına görə ikincidir


Sovet lideri Leonid Brejnev ova çıxıb, Zalesye, Ukrayna, 01 noyabr 1973
Sovet lideri Leonid Brejnev ova çıxıb, Zalesye, Ukrayna, 01 noyabr 1973
Bu yaxınlarda Rusiyada sorğu keçirilib ki, ən populyar ölkə lideri kimdir və ya kim olub. Sorğuda Brejnev ikinci yeri tutub. O, yalnız indiki Rusiya prezidenti Putindən geri qalıb. «Azadlıq» radiosunun xəbərlər şöbəsi müxtəlif yerlərdə insanların fikri ilə maraqlanıb ki, sağlığında haqqında lətifələr qoşulan Brejnev indi niyə belə populyardır?

Asip adlı Qazaxıstan sakini: «Bu gün 1 kv.m mənzil 2500 dollardır. Ancaq əvvəl başqa cür idi. Məsələn, mən əyalətdən Almatıya gələndə dörd otaqlı mənzilim var idi, Bir qəpik də ödəmirdim».


Rzayeva soyadlı Tatarıstan sakini: «Səhiyyə, təhsil pulsuz idi. Havayı ev alırdın, bir az növbədə durandan sonra. Bütün bunları nəzərə alanda, biz cənnətdə yaşamışıq».


Bu gün Rusiya əhalisinin 31 faizi deyir ki, o, Brejnevin hakimiyyəti dövründə yaşamaq istərdi. Putin dövründə yaşamaq istəyənlər 39 faizdir. Yeltsin dövründə yaşamaq istəyənlərsə - cəmi 1 faiz
Yenə də Asip: «Biz demokratiyadan çox danışırıq. İki cür demokratiya var, Leninin dediyi proletariat demokratiyası və burjua demokratiyası. İndiki demokratiya burjua demokratiyasıdır. Sıravi adamların demokratiyası yoxdur».


Brejnev 1964-1982-ci illərdə komunist lideri, faktiki ölkənin başçısı olub. Onun liderlik dövrü tarixə «Durğunluq dövrü» kimi düşüb, tarix kitablarına isə görkəmli lider kimi Brejnevin adı düşməyib.


Məişət səviyyəsində Brejnevdən niyə belə razıdırlar?


Çünki onun dövrü sabitlik dövrü idi, adamlar bilirdilər, sabah nə olacaq. Hərçənd vaxtaşırı qiymətlər qalxırdı, onun hakimiyyətinin sonunda isə artıq dəhşətli ərzaq qıtlığı yaranmışdı.


Bu gün Rusiya əhalisinin 31faizi deyir ki, o, Brejnevin hakimiyyəti dövründə yaşamaq istərdi.


Putin dövründə yaşamaq istəyənlər 39 faizdir. Yeltsin dövründə yaşamaq istəyənlərsə - cəmi 1 faiz.


Xaricdə Brejnev nəylə yadda qalıb? 1964-cü ildə çevrilişlə Xruşovu o devirib. 1968-ci ildə keçmiş Çexoslavikayaya qoşunu o yeridib. Eləcə də, 1979-cu ildə Əfqanıstana qoşun yeridən də o olub.


Eyni vaxtda Brejnev səmərəli bürokrat və bacarıqlı diplomat idi. 1972-ci ildə Amerika ilə ballistik silahların ixtisarı müqaviləsini imzaladı, Çini SSRİ tərəfə çəkdi ki, Amerika ilə yaxınlaşmasın.


Brejnev ölməmişdən az əvvəl Bakıya gəlmişdi, O vaxtkı Azərbaycan Kommunist Partiyasının lideri Heydər Əliyev bütün işləyənləri küçələrə düzdü ki, Brejnev görsün, onu Azərbaycanda necə sevirlər. Professor Niyazi Mehdi: «Brejnevin qara «Volqa»sı tindən çıxanda, orda dayanan tələbələr rəqs etməli idi. Brejnev gedəndən sonra bu adət hələ 10 gün qaldı. Dostum deyir ki, hər qara «Volqa» görəndə oynamaq istəyirdim».


XS
SM
MD
LG