Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:21

Apellyasiya məhkəməsi Eynulla Fətullayevin şikayətini qismən təmin edib


Dekabrın 22-də Apellyasiya Məhkəməsində «Gündəlik Azərbaycan» və «Realnıy Azərbaycan» qəzetlərinin redaktoru Eynulla Fətullayevin şikayətinə baxılıb. Şikayətdə Daxili İşlər naziri Ramil Usubovun iddiası əsasında Yasamal Rayon Məhkəməsində çıxarılan hökmə etiraz edilib. Sözü gedən qəzetlərin redaktoru Eynulla Fətullayev «Azadlıq» radiosuna bildirib ki, Apellyasiya Məhkəməsi onun şikayətini qismən təmin edib.


Yasamal Rayon Məhkəməsinin Eynulla Fətullayev haqda çıxartdığı 2 illik şərti cəza 1 illik şərti cəza ilə əvəz edilib. Məhkəməyə gələn DİN nümayəndələri nazir Ramil Usubovun qəzetlərin 17 milyon manat cərimə edilməsi iddiasından da imtina etdiyini bildiriblər.


DİN Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə bu məlumatdan xəbərsiz olduğunu deyib.
Ramil Usubov «Gündəlik Azərbaycan» və «Realnıy Azərbaycan» qəzetlərində «Antibiotikin suqutu» və «Antibiotikin qisası» yazılarında şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək Yasamal Rayon Məhkəməsinə müraciət etmişdi.


XS
SM
MD
LG