Azərbaycanın dövlət başçısı İlham Əliyev ABŞ-ın 38-ci prezidenti Cerald Fordun vəfatı ilə bağlı Birləşmiş Ştatların hazırkı prezidenti Corc Buşa başsağlığı verib: «Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm».