Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:02

«Dükanlarda nə qədər istəsən, keyfiyyətsiz hədiyyə var»


«İstehlakçıların hüquqlarını qoruyan qanunda boşluqlar var»
«İstehlakçıların hüquqlarını qoruyan qanunda boşluqlar var»
Yeni ildə uşaqların sevinci bir başqadır. Onları sevindirən təkcə yolka şənlikləri deyil, eyni zamanda, valideynlərindən və yaxınlarından aldıqları şirniyyat, hədiyyələrdi.

Belə hədiyyələrə indi demək olar ki, bütün mağazalarda rast gəlmək olar. Lakin onların keyfiyyətindən hamı da razı deyil.


Valideyn: «Baxırıq içinə, xoşumuza gəlsə, alırıq».


Valideyn: «Mən uşağa hansısa bir hədiyyə alanda keyfiyyətinə fikir verirəm. Ən çox da çalışıram tanınmış firmalardan olan məhsullar olsun. Heç olmazsa, onlara azdan-çoxdan etibarımız var. Dükanlarda nə qədər istəsən, keyfiyyətsiz mal var».


Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, hər Yeni il qabağı bu məsələ bir problem kimi özünü büruzə verir. Belə ki, vaxtı keçmiş, yararlıq müddəti ötmüş, çürümüş, şokoladlar, konfetlər, peçenyelər ekzotik qablara doldurularaq yolka şənliklərində hədiyyə kimi uşaqlara paylanır: «Bu saat da bazarda belə təhlükəli mallar var. İndi mənim qarşımda Yeni il hədiyyələrindən biri var. Bunu hazırlayan firmanın heç bir adı yoxdur. Nə ünvan, nə telefon var. İçərisinə yığdıqları peçenye və şokolad isə İran məhsuludur. İstehsal tarixi və son yararlılıq müddəti də bilinmir. Güman edirik ki, vaxtı keçmiş bütün məhsulları doldurublar bura. «Yeyinti məhsulları haqqında» qanunda göstərilir ki, Azərbaycanda satılan bütün mallar Azərbaycan dilində markalanmalıdır. Mənşəyi məlum olmayan bu cür mallar hər ilin axırında kiçik yaşlılara sırınır».


Cənab Hüseynov onu da əlavə edir ki, bu cür hədiyyələr dəyərindən ikiqat artıq qiymətə satılır: «Saxta biznesmenlər hər ilin axırında bu bayram şənliklərində kiçik yaşlı vətəndaşlarımızın kütləvi zəhərlənməsinə şərait yaradırlar».


Eyyub Hüseynovun sözlərinə görə, bunun qarşısını almaq üçün vətəndaşlar fəal olmalıdırlar. Həm də qanunda böyük boşluqlar var: «İstehlakçıların hüquqlarını qoruyan qanunda boşluqlar var. Bu qanun mütləq dəyişilməlidi».


XS
SM
MD
LG