Türkmənistan internetdən istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldıracaq. Bunu seçicilər qarşısında çıxışı zamanı Türkmənistan prezidentinin səlahiyyətlərini icra edən Qurbanqulı Berdıməhəmmədov deyib. O, söz verib ki, fevralın 11-də dövlət başçısı seçiləcəyi təqdirdə, nəqliyyat infrastrukturu və kommunikasiya şəbəkəsini də inkişaf etdirəcək.
Cənab Berdıməhəmmədov bildirib ki, Aşqabad qazın dünyaya nəqlinə dair beynəlxalq öhdəliklərini yerinə yetirəcək.